ADU-nun tələbələri pedaqoji təcrübələrini məcburi köçkün məktəblərində keçəcəklər
Tarix: 13.02.2019 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübələrinə həsr olunan konfrans keçirilib. ADU-dan bildirilib ki, konfransda çıxış edən rektor Kamal Abdulla tələbələrin ikinci dəfədir bu marşrutla hərəkət edəcəklərini deyib. “Adətən pedaqoji təcrübə Bakı məktəblərində olur. Çox vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, biz universitet olaraq öz coğrafiyamızı genişləndiririk. Pedaqoji təcrübənin bu gün Azərbaycanın regionlarında və hətta konkret olaraq, məcburi köçkün məktəblərində keçirilməsi tələbələrimizin bizim getdiyimiz yola münasibətini, müəllimlərimizin bizimlə əl-ələ verdiyini göstərir” - deyən rektor tələbələrə və müəllimlərə universitet rəhbərliyi adından təşəkkür edib.
Tələbələrin özlərini ilk dəfə müəllim kimi sınamaq imkanına malik olacaqlarını deyən Kamal Abdulla məcburi köçkün məktəblərində təcrübə keçən tələbələrin oradan böyük təəssüratlarla qayıdacaqlarını söyləyib, onlara məktəblərdə nizam-intizam qaydalarına riayət olunması barədə tövsiyələrini verib. O, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin Vətən nisgilini azaltmaqda tələbələrin məsuliyyət daşıdığını vurğulayıb: “Təsəvvür edin, əvvəllər məcburi köçkün məktəblərində vəziyyət acınacaqlı idi. Məktəblər vaqonlarda yerləşirdi. Amma indi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş məktəbləri, yaradılan şəraiti, uşaqlardakı oxumaq həvəsini görəndə özünüz oradan ayrılmaq istəməyəcəksiniz. Amma bununla yanaşı, şagirdlərin gözlərində nisgil də var. Siz bu nisgilin aradan götürülməsini təmin etməlisiniz. Dərsdənkənar ünsiyyət böyük əhəmiyyət kəsb edir. Bu, yalnız pedaqoji təcrübə deyil, hər birinizin ictimai-siyasi fəaliyyətinizdir. Bununla siz sübut edirsiniz ki, ölkənin siyasi xəttinin həyata keçirilməsində fəal iştirakçısınız. Bu, bizim dünyaya nümayiş etdirmək istədiyimiz Azərbaycan həqiqətlərinin əhəmiyyətli hissəsidir”.
Kamal Abdulla istehsalat təcrübəsinin tələbələrin peşəkarlığının daha da təkmilləşməsinə xidmət etdiyini deyib, onlara təcrübə müddətində universitetlə mütəmadi əlaqə saxlamalarını tövsiyə edib. ADU-nun əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübədə iştirak edən tələbələrin ixtisaslar üzrə sayı, bölgələrə müraciət edən tələbələrin akademik göstəriciləri, məktəb və təşkilat sayları, təcrübə rəhbərləri, metodist, pedaqoq və psixoloqlar haqqında ətraflı məlumat verib. O, ötən və cari tədris ilindəki təcrübə prosesinin təşkili haqqında müqayisələri diqqətə çatdırıb. Diqqətə çatdırıb ki, 2018-2019-cu tədris ilində ümumilikdə 1100-ə yaxın tələbə pedaqoji təcrübəyə gedəcək. Bildirilib ki, pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 70-dən çox məktəb-liseyində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Gəncə, Bərdə, Mingəçevir, Ağcabədi şəhərlərində yerləşən məcburi köçkün məktəblərində, Qəbələ, Sabirabad, Quba, Şamaxı və Masallı rayonlarının ucqar kənd məktəblərində təcrübə keçəcəklər. Pedaqoji və istehsalat təcrübələri fevral ayının 18-dən başlayacaq. Pedaqoji təcrübə ümumilikdə 14 həftə, bölgə məktəblərində 4 həftə davam edəcək. İstehsalat təcrübəsinə cəlb edilən 500-ə yaxın tələbə isə dövlət qurumları, nazirliklər, müxtəlif mərkəz və təşkilatlar, komitələr, AMEA-nın institut və idarələri, tərcümə mərkəzləri, televiziyalar və informasiya agentliklərində, həmçinin İmişli Rayon İcra Hakimiyyəti və Goranboy rayonundakı Heydər Əliyev Mərkəzində 14 həftə müddətində təcrübə keçəcək.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Goranboyda yüksək bal toplayan tələbələrlə görüş keçirilib
25.09.2020
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib
25.09.2020
Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır
24.09.2020
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
24.09.2020
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info