UNEC ilə Atılım Universiteti arasında memorandum imzalanıb
Tarix: 13.02.2019 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Türkiyənin Atılım Universitetinin rektoru, professor Yıldırım Üçtuğ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev, universitetin müvafiq struktur rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə A.Rzayev UNEC barədə ətraflı məlumat verərək, beynəlxalq əlaqələrin genişləndirilməsinin universitetin strateji hədəflərindən olduğunu qeyd edib. UNEC-in dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramları reallaşdırdığını və əməkdaşlıq etdiyini diqqətə çatdıran prorektor, bu istiqamətdə Türkiyə universitetləri ilə də əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. UNEC-in ölkədə Türkiyə türkcəsində təhsil verən yeganə ali təhsil müəssisəsi olduğunu vurğulayıb.
UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan Qış məktəbində professor-müəllim heyətinə təlim keçmək məqsədilə Azərbaycana səfər etdiyini bildirən professor Yıldırım Üçtuğ UNEC-də olmaqdan məmnunluğunu ifadə edib. Təlim zamanı universitetin professor-müəllim heyətinin yüksək pedaqoji potensialını müşahidə etdiyini vurğulayan rektor, UNEC-lə təcrübə mübadiləsinin hər iki universitet üçün faydalı olacağını bildirib. Rektor Atılım universiteti barədə qısa məlumat verib. Bildirib ki, universitet fəaliyyət göstərdiyi qısa zaman ərzində “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində, “Times Higher Education World University Ranking”lərdə əhəmiyyətli mövqelər tutub.
Sonra UNEC və Atılım Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, hər iki universitet arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.
Görüşdən sonra rektor Y.Üçtuğ UNEC-in tədris binası, maddi texniki bazası, UNEC Ekstern mərkəzi, 24/7 kitabxanası ilə tanış olub.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Humanist ruhlu pedaqoq və alim – Rəfiqə Əliyeva
19.09.2019
Məktəbəqədər təhsil müəssisələrində pedaqoji işçilərin təhsil səviyyəsi açıqlanıb
19.09.2019
Azərbaycan İlahiyyat İnstitutunda Əhməd bəy Ağaoğluna həsr edilən konfrans keçirilir
19.09.2019
Rektor Prezident təqaüdçüləri ilə görüşüb
19.09.2019
UNEC rektoru Ədalət Muradov: “Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info