30 dövlət əmlakına 36 sifariş qəbul edilib
Tarix: 13.02.2019 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Əmlak Xidmətləri Məkanında dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib.
Komitədən verilən məlumata görə, elektron hərrac fürsətlərindən istifadə edən 5 vətəndaş olduğu məkandan seçdiyi dövlət əmlakının sifarişçisinə çevrilib.
Qeyd edək ki, budəfəki hərracda 30 dövlət əmlakına ümumilikdə 36 sifariş qəbul edilib. Hərracda özəlləşdirilən səhmdar cəmiyyəti Tərtər şəhəri, V.S.Həsənov küçəsində yerləşir. “Tərtər İxtisaslaşdırılmış Nəqliyyat”ın 44%-lik səhm paketini investor 6 min 251 manata özəlləşdirib. Ümumi faydalı sahəsi 13.1 kv.m ilə 726.3 kv.m arasında olan kiçik dövlət müəssisə və obyektləri paytaxtla bərabər digər şəhər və rayonlarda yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsindəki emalatxananın ümumi faydalı sahəsi 582.6 kv.m-dir. İştirakçı bu dövlət əmlakını torpaq sahəsi ilə birgə 38 min manata özəlləşdirib. “Şəkisutikinti” Törəmə Müəssisəsinin isə ümumi faydalı sahəsi 726.3 kv.m-dir. Şəki şəhəri, Oğuz şosesindəki obyekt 46 min 136 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Hərracda öz sahibini tapan digər kiçik dövlət müəssisələri isə paytaxtın Xəzər, Sabunçu və Nəsimi rayonlarında eləcə də, Qax, Lənkəran və Beyləqan rayonlarındakı ictimai iaşə və ticarət obyektləridir.
Özəlləşdirilən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 36.4 kv.m ilə 267.6 kv.m arasındadır. Xidmət və ofis obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələrindən biri Sumqayıt şəhərində yerləşir. Dövlət əmlakının ümumi faydalı sahəsi 101.2 kv.m-dir. Hərrac iştirakçısı bu obyekti 7 min 500 manata özəlləşdirib.
Nəqliyyat vasitələrinə yüksək maraq budəfəki hərracda da müşahidə edilib. Belə ki, iştirakçılar tərəfindən buraxılış tarixi 2005-2008 intervalında olan 12 avtomobil özəlləşdirilib. Nəqliyyat vasitələri "BMW", "Volkswagen", "Fiat" və "Qaz" markalarına aiddir. Özəlləşdirilən avtomobillərin yekun qiymətləri 2 min manat ilə 5 min 200 manat arasındadır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 19 fevral tarixində keçiriləcək. Hərraca ümumilikdə 101 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 64-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaratdı – “ŞƏRİKLİ KASKO”
16.09.2019
Neftin qiyməti 19 faizə qədər artıb
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info