Fransa İtaliyadakı səfirini geri çağırıb
Tarix: 13.02.2019 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Matteo Salvini: “Əvvəlcə Fransa illərdir qəbul etdiyi terrorçuları və qatilləri təhvil versin, sonra Makronla danışaq"

Fransa xarici işlər naziri Jan-İv le Drian İtaliyadakı səfirinin geri çağrılmasını “müvəqqəti tədbir” adlandırıb. Parlamentdə İtaliya ilə yaşanan böhrana dair bəyanatlar verən nazir deyib: “İtaliya hökuməti Fransanın daxili işləri ilə araqlanmamalıdır. İtaliyanın baş nazir müavini Luici di Mayonun Parisə gələrək bəzi “sarı jiletlilər”lə görüşməsi təxribat sayılır. Keçən həftə Fransa döyüş təyyarələrinin Çadın Liviya ilə sərhədində keçirdiyi hava əməliyyatları hüquqa uyğun idi və Çad prezidenti İdris Debitinin yazılı istəyi ilə ölkədəki "çevriliş cəhdinin qarşısını almaq" məqsədi daşıyırdı. Amma İtaliya hökuməti ittiham irəli sürdü, əsassız hücumlar və çirkin açıqlamalar etdi. Buna görə də İtaliyadakı səfirimizi geri çağırdıq”. Məsələyə münasibət bildirən Fransa prezidenti Emmanuel Makron da, öz növbəsində, bu sözləri deyib: “İtalyanlar çox böyük bir xalqdırlar və bizim dostumuzdurlar. Onlarn tarixlərinə yaraşan liderlərə layiqdirlər”. İtaliya Baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini isə deyib: “Əvvəlcə Fransa illərdir qəbul etdiyi terrorçuları və qatilləri təhvil versin, sonra Makronla danışaq”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”
18.09.2019
Macarıstanda Türk Konseyinin Avropa Qərargahı açılır
18.09.2019
Ermənistan hakimiyyətində istefa dalğası gözlənilir
18.09.2019
Paşinyanın «inkişaf strategiyası» ianə, diaspor və miqrant yardımlarına əsaslanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info