“İspaniyadan Azərbaycana ciddi turist axını olacaq”
Tarix: 13.02.2019 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Azərbaycan-İspanya Ticarət və Mədəniyyət Assossasiyası (ACAE) İspaniyadan Azərbaycana turist axınının çoxlaması üçün ciddi addımlar atır.
Minlərlə İspanya şirkətini tərkibinə üzv etməyə müvəffəq olmuş Azərbaycan-İspanya Ticarət və Mədəniyyət Assossasiyası (ACAE) İspaniyanın Basklar Ölkəsində fəaliyyət göstərən nüfuzlu iş adamları və dövlət məmurları üçün Azərbaycanın iqtistadi və turizm potensialı haqqında geniş təqdimat keçirib. Təqdimata 200-dən xox şirkət qatılıb. ACAE-nin baş katibi Raul İdigoras ispaniyalı iş adamlarına Azərbaycanda olan geniş iqtisadi imkanlar, iri miqyaslı layihələr və ölkəmizin turizm imkanları barədə geniş məlumat verib.
Tədbir iştirakçılarına bildirilib ki, Azərbaycan hökuməti turizm sektorunun prioritet sahələrdən biri kimi elan edib. Hər il Azərbaycana gələn turistlərin sayı sürətlə artmaqdadır. Ölkədə buna uyğun infrastruktur sürətlə inkişaf edir. Ölkəmizdə hər il müxtəlif nüfuzlu idman və mədəniyyət tədbirlərinin keçirilməsi də turistlərin marağını artıran məqamlardandır. Məsələn Formula 1 üzrə Azərbaycan Qran-Prisi buna misal ola bilər.
İspaniyalı iş adamları təqdimatı maraqla qarşılayıb, Azərbaycanın tezliklə ispaniyalı turistlərin sevimli istiqamətinə çevrilə biləcəyini bildiriblər. İspaniyada keçirilmiş bu geniş təqdimat haqqında həmin ölkənin mətbuatında da məqallır dərc olunub.
ACAE-nin prezidenti Fərid Mustafayev bildirir ki, rəhbərlik etdiyi təşkilatın məqsədyönlü fəaliyyəti və İspaniyadakı əlaqələri sayəsində tezliklə bu ölkədən Azərbaycana ciddi turist axını olacağına şübhə yoxdur. Bunun üçün Azərbaycanın turizm imkanları geniş təbliğ olunur. Azərbaycan Diaspora Komitəsinin timsalında ACAE dövlət dəstəyini hiss edir və İspaniyadakı əlaqələriindən geniş istifadə etməklə fəaliyyət göstərməkdədir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
19.09.2019
Azranking.az portalının “Rəqəmsal Təqvim” elektron sistemi istifadəyə verilib
19.09.2019
Azərbaycan-Çin ticarət dövriyyəsi 1,3 milyard dollara çatıb
19.09.2019
Nazir: “TANAP-la indiyədək 2,5 milyard kubmetrdən çox təbii qaz göndərilib”
19.09.2019
Xələf Xələfov: “Əsrin müqaviləsi” üzrə bugünkü nailiyyətlər Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edən nailiyyətlərdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info