Türkiyə və Rusiya İran əleyhinə konfransda iştirak etməyəcəklər
Tarix: 13.02.2019 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Türkiyə XİN-in yüksək vəzifəli məmuru bildirib ki, onun ölkəsi Varşavada işə başlamış Yaxın Şərqdə təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransa öz nümayəndəsini göndərməyəcək. Adı çəkilməyən məmur “Hurriyet Daily News”a bildirib: “Türkiyənin bir ölkənin əleyhinə yönəlmiş (indiki halda İran) siyasi görüşdə iştirakdan imtina etməsi şübhə altına alına bilməz”. Bu qərarın Türkiyənin prinsiplərinə əsaslandığını vurğulayan məmur bildirib ki, onun ölkəsinin bu addımını Türkiyə hökumətinin ABŞ-ın başçılıq etdiyi təşəbbüsə qoşulmaq istəməsi kimi şərh etmək olar. Varşava görüşündə Rusiya və Qətərin də iştirakı gözlənilmir. Üstəlik, Vaşinqtonun İran əleyhinə siyasətində həlledici rol oynayan Avropa İttifaqı ölkələri də görüşdə məhdud tərkibdə təmsil olunacaqlar. ABŞ-ın dövlət katibi Mayk Pompeo ötən ay bildirib ki, görüşdə diqqət Yaxın Şərqdə sabitlik, sülh, azadlıq və təhlükəsizliyin təmin olunması məsələləri üzərində cəmləşdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info