“Cedarnyus” qəzetinin baş redaktoru: Qarabağ tarixi Azərbaycan torpağıdır
Tarix: 13.02.2019 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf Azərbaycandır. Bunu tarixi faktlar sübut edir. Qarabağ tarixi Azərbaycan torpağıdır. Biz ölkəmizə qayıtdıqdan sonra qəzetlərimizdə Qarabağın işğalı barədə mütləq yazacağıq. Bu sözləri Livan və Amerika Birləşmiş Ştatlarında çap olunan “Cedarnyus” qəzetinin baş redaktoru Michel Al Zubeydi Qusarda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətər və Livanın bir sıra KİV əməkdaşlarından ibarət qrupun tərkibində yer alan Michel Al Zubeydi Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndirib. “Biz Azərbaycanda bir sıra görüşlər keçirdik. Dövlət Turizm Agentliyində də olmuşuq. Azərbaycanda başqa ölkələrdə rast gəlmədiyimiz bir çox maraqlı məkanlar var. Turistlər axtardıqları zəngin təbiəti, tarixi məkanları burada tapa bilər. Bizim də vəzifəmiz bu məkanlar barədə oxucularımızı məlumatlandırmaqdır”, - deyə “Cedarnyus” qəzetinin baş redaktoru Michel Al Zubeydi bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info