Müəllimlər “Newcastle” Universitetində sahibkarlığın tədrisi ilə bağlı təcrübə keçəcək
Tarix: 14.02.2019 | Saat: 15:49:00 | E-mail | Çapa göndər





Bir neçə universitet müəllimi Böyük Britaniya universitetində sahibkarlığın tədrisi ilə bağlı təcrübə keçəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib ki, mərkəz “Newcastle” Universiteti ilə birgə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Layihənin əsas məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması, inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir.
“Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda təlimin ilk günü İİTKM-in strateji planlaşdırma departamentin rəhbəri Ramil Hüseyn və layihələr departamentinin rəhbəri Rəşad Hüseynov iştirakçılara ümumi məlumatlar təqdim ediblər. “Newcastle” Universitetinin Biznes Məktəbinin təlimçisi Andrea Laneə 3 gün ərzində iştirakçılara innovativ təlim üsulları və alətləri barədə təlim keçirib.
Təlimlər layihə çərçivəsində pilot olaraq seçilən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri üçün təşkil olunub. Layihənin ilkin mərhələsində 6 nəfərin bu ilin may ayında “Newcastle” Universitetinin Biznes Məktəbinə təcrübə və təlimin ikinci mərhələsi olaraq səfər də təşkil olunacaq. Bunlarla yanaşı, layihə çərçivəsində tərəfdaş və bir çox digər universitetlərdə sahibkarlığın əhəmiyyəti və Britaniya Şurasının təqdim etdiyi onlayn ingilis dili kursları haqqında maarifləndirmə tədbirləri fevral ayından start veriləcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info