“İkram Rəhimov tək deyil, onun ətrafında olan adamlar da var“
Tarix: 14.02.2019 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


"Biz dəfələrlə çıxışlarımızda demişik və yazılarımızda da yazmışıq ki, bu adamların məsələsi jurnalistika hadisəsi deyil. Reket jurnalist İkram Rəhimov və onun kimilər bir qayda olaraq jurnalistikadan sui-istifadə ilə məşğul olan dələduzlardır. Yəni o adamların məqsədi jurnalistikaya xidmət etmək deyil". Bunu SİA-ya açıqlamasında İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət deyib. Onun sözlərinə görə, onlar sadəcə olaraq başqa insanları şantaj etmək, qorxutmaq, hədələmək yolu ilə özlərinə var-dövlət əldə etmək üçün bu yola baş vuranlardır: "Təbiidir ki, biz onları özümüzdən biri hesab etmirik. Ona görə də həmin adamlar həbs olunanda və yaxud onlarla bağlı hansısa addım atılanda biz deyirik ki, bu məsələni jurnalistika müstəvisində dəyərləndirmək doğru deyil. Onlar bir dələduz dəstəsidir və dələduzluqla məşğuldur. Təbiidir ki, dövlətin müvafiq strukturları həmin adamlara qarşı çox sərt tədbirlər görməlidir. İndi Dövlət Təhlükəsizlik Xidmətinin də İkram Rəhimovla bağlı atdığı addımlar da o qəbildəndir. Biz düşünürük ki, dövlətimiz jurnalistikadan sui-istifadə edənlərə qarşı mümkün qədər sərt addımlar atmalıdır ki, Azərbaycanda jurnalistin, jurnalistikanın hörməti yüksək səviyyədə qorunub saxlana bilsin. Ona görə ki, jurnalistin, jurnalistikanın hörməti yüksək səviyyədə olmazsa, onun yazdığına, təqdim etdiyinə də ictimaiyyət arasında inam olmaz. Belə bir şəraitdə isə Azərbaycan xüsusən də müharibə şəraitində olan bir ölkə kimi çox ciddi problemlərlə üzləşə bilər. Yəni jurnalistikamıza soxulmuş təsadüfi adamların təmizlənməsi prosesi davam etdirilməlidir. İkram tək deyil, onun ətrafında olan adamlar da var. Düşünürəm ki, DTX bununla bağlı da tədbir görməlidir”.





 
Bölməyə aid digər xəbərlər
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
17.09.2019
PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər
17.09.2019
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info