“Ermənilər gələcəyə olan inamlarını itirməyə başlayıblar”
Tarix: 14.02.2019 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Mane Tandilyan:”Baş verən inqilabdan sonra az da olsa bərpa edilən inam, artıq əriməyə doğru gedir”

Ermənistan parlamenti ölkənin 2019-2023-cü illər üçün hökumətin fəaliyyət proqramını müzakirə etməkdə davam edir. Qeyd edilməlidir ki, yeni qəbul olunacaq hökumət proqramına təkcə ölkə deputatları deyil, həm də erməni cəmiyyətindəki münasibətələr fərqlidir. Məsələn, parlament sədrinin yeni müavini Alen Simonyan yeni proqramla bağlı məyusluğa heç bir əsas görmür. Onun sözlərinə görə, bu proqram ölkə iqtisadiyyatının yaxşılığa doğru dəyişəcəyinə stimul yaradacaq. Doğrudanmı yaradacaq? Məsələ bundadır ki, məhz yeni proqramla bağlı fikirlər burada haçalanır.

“Bu gün Ermənistanda 30 ildən də artıq evsiz qalan insanlar yeni mənzillər həsrətindədirlər. İndi onlara azacıq ümid belə, verən yoxdur. Halbuki, “məxməri inqilab” ın qələbəsindən sonra onlar inamlı idilər”


«Təqdim olunan proqramın heç bir strateji və konseptual əsası yoxdur və o, ən vacib suallara cavab vermir. Sual olunur: gələcək 5 ildə Ermənistanın hansı iqtisadi modeli olacaq?». Bu fikirlər erməni deputat Naira Zohrabyana məxsusdur. O, bu sözləri «News.am» saytına verdiyi açıqlamada bildirib.
«Hökumət proqramında konkret bir şey yoxdur, bu proqram, sadəcə, emosiyalar yığnağıdır». Bunu isə ötən gün «İşıqlı Ermənistan» partiyasının parlament fraksiyasının katibi Qevork Qorqisyan bildirib: «Bu gün baş nazir vəzifəli şəxslərin davranışını dəyişdirməyin əhəmiyyətli olduğunu söyləyir. Amma bu unudulmamalıdır ki, yeni hökumətin təqdim etdiyi proqram vaxtilə «tost» kimi dəyərləndirilən Karen Karapetyan layihəsinin eynidir. Burada baş qaldıran sualları cavablandırmaq və narahatlıqları ifadə etmək ironik görünür. Maraqlı təzad yaranıb. Belə ki, vaxtilə ölkədə super baş nazirlik institutunu ləğv etməyə çağırış edənlər, indi onun ləğvini təxirə salmağı təklif edirlər».
Öətn 10 ayın təkcə növbəti beş il deyil, eləcə də, on beş il üçün inkişaf yolunu göstərən proqramın hazırlanmasına kifayət etdiyini bildirən digər «İşıqlı Ermənistan» partiyasının nümayəndəsi Arman Babacanyan proqram layihəsini qeyri-strateji, qeyri-konseptual bir sənəd kimi dəyərləndirib. Onun fikrincə, beşillik hökumət proqramında strateji əsaslarla bağlı heç bir şey yoxdur: «Hazırda proqramın qəbulu ilə bağlı böyük ideallardan dəm vuranlar unudurlar ki, biz bu proqramla, hətta dövlətçiliyin vacib atributlarını belə, qoruyub saxlaya bilmərik».
Qeyd edək ki, Ermənistanda "cəmiyyətin əksəriyyəti bir daha öz ölkələrində gələcəyə olan imanı itirməyə başlayıb. Vaxtilə, ölkədə baş verən inqilabdan sonra az da olsa bərpa edilən bu inam, artıq əriməyə doğru gedir». Bu fikirləri isə «Çiçəklənən Ermənistan» partiyasından olan deputat Mane Tandilyan parlamentdəki çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün ölkədəki təqaüdçülər, benefisiarlar ümidlə özlərinin həyat səviyyəsinin yaxşılaşmasını gözləyirlər: «Bu gün Ermənistanda 30 ildən də artıq evsiz qalan insanlar yeni mənzillər həsrətindədirlər. İndi onlara azacıq ümid belə, verən yoxdur. Halbuki, «məxməri inqilab»ın qələbəsindən sonra onlar inamlı idilər. Bu gün insanların gözləntilərinin üstündən xətt çəkildiyini anlamağa başladıqlarıdan sonra, ümidsizlik daha da artmaqdadır. Məhz bunun nəticəsidir ki, artıq cəmiyyətin əksəriyyəti öz ölkələrində gələcəyə inamını itirirməyə başlayıblar».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info