Məqsədimiz aqrobiznesdə qadın sahibkarların sayını artırmaqdır
Tarix: 14.02.2019 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Azərbaycanda kənd təsərrüfatı sahəsində məşğul əhalinin 55,8 faizini qadınlar təşkil edir. Lakin aqrar biznes sahibi olan qadınlarımızın sayı çox azdır. Bu gün bizim əsas məqsədlərimizdən biri aqrar sahədə çalışan sahibkar qadınların sayının artmasından ibarətdir. Buna nail olmaq üçün biz kənd təsərrüfatının istənilən sahəsində qadın təşəbbüslərini dəstəkləyirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev Masallı rayonunun Çaxırlı kəndində fəaliyyət göstərən “Cənub” Qadın İnkişaf Qrupunun təndir evinin açılışında bildirib.
“Kənd yerlərində məşğulluğun artırılması məqsədilə başladığımız ilk addımlarda qadınlar şirniyyat evi, təndir, xalça sexi, inkubator kimi nəticəsini tez görə biləcəkləri bizneslərə maraq göstərsələr də, getdikcə, kənd təsərrüfatının pambıqçılıq, bağçılıq, tərəvəzçilik, xüsusilə də, istixanalarda tərəvəz yetişdirilməsi kimi sahələrində özlərini sahibkar kimi sınamağa başlayıblar. Məsələn, hazırda bizim 3 qadın qrupu hər biri 10 hektar sahəni pambıq becərilməsi üçün arata qoyub”, - deyə AKİA sədri əlavə edib.
Mirzə Əliyev 2018-ci ilin martından əsası qoyulan qadın qruplarının sayının indi 14 rayonda 28-ə çatdığını və 335 qadını birləşdirdiyini deyib: “Bu qruplardakı qadınların fəaliyyəti və entuziazmı Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) ideyasının yaranmasında xüsusi rol oynayıb. AMAL layihəsinə qoşulan gənclərin qısa müddət ərzində, planlı şəkildə özlərinə 17 biznes qurmuş bu kənd qadınlarının nümunəsindən faydalanacağına əminik”. Çaxırlı kəndindəki təndir evinin açılışına Böyük Britaniya səfirliyinin nümayəndəsi də qatılıb. Qadınlar qonaqları təndir evi ilə tanış edərək bildiriblər ki, “Cənub” Qadın İnkişaf Qrupu 11 kənd qadınının bir araya gəlməsi ilə yaranıb. Qrup üzvlərinə Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində “Biznesin inkişafı və idarə edilməsi”, “Qadın inkişaf qrupları üçün mikro müəssisənin təşkili və idarə edilməsi“ və tibbi mövzuda təlimlər verilib. Hazırda qrup öz biznes müəssisəsini 4 təndir, 1 kürə və şirniyyat bişirmək üçün aldığı avadanlıqlarla genişləndirərək, cənub çörəyi, ləvəngi və cənub zonasına xas olan müxtəlif milli şirniyyatların hazırlanması və satışı ilə məşğuldur. Onların bişirdiyi çörək, ləvəngi və digər şirniyyatlar şadlıq saraylarına, marketlərə, məktəbə və kənd sakinlərinə satılır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
3 yaşlı “ABAD” - VİDEO
23.09.2019
ARDNF-nin maliyyə fəaliyyətinin auditini PraysvoterhausKupers Audit Azərbaycan şirkəti həyata keçirəcək
23.09.2019
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir
22.09.2019
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info