“Müasir Azərbaycan Qadını–4” layihəsinin açılış mərasimi keçirilib
Tarix: 14.02.2019 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


“Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzində “Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi. Açılış mərasimində “Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, Azərbaycanda Qadın Sahibkarlağının İnkişafı Assosiasiyasının sədri, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Ulduz Babayeva, “Tovuz Baltiya LTD”-nin icraçı direktoru Günel Məmmədhəsənova, “Karvan L MMC”-nin icraçı direktoru Rəna Qəfərova və “Müasir Azərbaycan Qadını - 4” layihəsinə müsabiqədən keçən qadınlar iştirak ediblər.
İlk öncə layihənin açılışını edən “Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova qeyd etdi ki, “Müasir Azərbaycan Qadını - 4” layihəsi mart ayının 9-nə qədər davam edəcəkdir. Layihənin bağlanış mərasimi Ağdam şəhərində keçiriləcəkdir. Daha sonra açılış mərasiminə dəvət edilən qonaqları təqdim edən T.Məmmədova bugünki mövzunun “Qadın və sahibkarlıq” mövzusu olduğunu iştirakçılara elan etdi.
Daha sonra qonaqlar qadınları maraqlandıran sualları cavablandırdılar və öz həyat hekayələrindən bəhs etdilər. Natiqlər qeyd etdilər ki, Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Tədbir layihəyə qatılan qadınlarda xoş əhval yaratdı və tədbir gözəl anlarla yekunlaşdı.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25.06.2019
Türkiyənin ölkəmizdə yeni təyin olunmuş hərbi attaşesi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info