Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası
Tarix: 14.02.2019 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Bu gün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Vergilər Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçirilib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan hökuməti ölkədə sahibkarlığın, o cümlədən startapların inkişaf etdirilməsinə böyük diqqət ayıraraq, onlar üçün münbit ekosistem yaradıb. Bura texnoparklardakı fəaliyyətdən tutmuş zəruri maliyyə dəstəyi, vergi və gömrük güzəştləri də daxildir. Nazir müavini əlavə edib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən bu gün innovativ sahibkarlıq fəaliyyətinin inkişafı üçün kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov qeyd edib ki, 4-cü sənaye inqilabı dövrü innovativ sahibkarlığın inkişafını tələb edir. Bugünkü tədbir innovativ sahibkarlığın ölkədə inkişafı ilə bağlı görülən işlərə, xüsusilə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərə həsr olunub. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən startaplar və İKT şirkətləri qeyri-neft sektorunun innovativ inkişafına töhfə verə biləcək sahibkarlıq subyektləridirlər. Hazırkı dəyişikliklər İKT sahəsində sahibkarlığın stimullaşdırılması və inkişafına dəstək olacaqdır. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyəti sədrinin müavini Elçin İbrahimov çıxış edərək bildirib ki, agentliyin fəaliyyətinin məqsədi mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iştirak etmək, sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirərək, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirməkdir.
Vergilər Nazirliyinin Aparatının rəhbəri Nazim Səmədov Vergi Məcəlləsindəki dəyişikliklərin mikro və kiçik sahibkarlara, o cümlədən startaplara yaradacağı üstünlüklər barədə ətraflı məlumat verib.
Tədbirdə Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətlərinə və startaplara ətraflı məlumat verilib, mikro və kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri və İKT sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran digər məsələlər haqqında müzakirə aparılıb.
Tədbirdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 20 dekabr 2018-ci ildə imzalanmış müvafiq Fərman ətraflı şərh olunub. Startaplar üçün nəzərdə tutulan vergi güzəştləri və bu güzəştlərin tətbiqi mexanizmləri barədə geniş fikir mübadiləsi olub.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info