Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib
Tarix: 14.02.2019 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


“Bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb”

Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan ölkəmizin çoxşaxəli xarici siyasəti mövcuddur. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycanın xarici ölkələrlə əlaqələri getdikcə möhkəmlənir və qonşu ölkələrlə əlaqələrimiz daha da inkişaf edir. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir.

Regional əməkdaşlıq təşəbbüsü - TANAP
Son illər həyata keçirilən nəhəng layihələr Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaq olduğunu deyən Prezident İlham Əliyev bildirib: “Bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır”.
Ölkə başçısının sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir: “Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Dörd layihədən üçü istifadəyə verilib. Keçən il TANAP və Cənub Qaz Dəhlizinin açılışı olub və bunlar tarixi hadisədir. Biz neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdik ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq. Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb”.

“Sabah.com.tr”: “TANAP ilə bölgənin sosial və iqtisadi inkişafına dəstək”
Xüsusilə qonşu Türkiyə ilə müxtəlif sahələrdə mövcud olan əlaqələrimiz 2018-ci ildə daha da möhkəmlənib və bir çox yeni layihələr reallaşdırılıb. Son illər ərzində öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu istiqamətdə ardıcıl layihələr həyata keçirilir. Ən böyük layihələrdən biri hesab edilən TANAP qardaş Türkiyəylə olan əlaqələri daha da sıxlaşdırır. Bu layihənin əhəmiyyəti nəticədə Türkiyə xalqının ölkəmizə olan diqqətini daha da artırır.
“Sabah.com.tr” saytında dərc edilən “TANAP ilə bölgənin sosial və iqtisadi inkişafına dəstək” başlıqlı yazıda bu layihənin yalnız iqtisadi deyil, müxtəlif sahələrdə əhəmiyyətindən bəhs edilir.
Yazıda qeyd edilir ki, TANAP və Habitat Dərnəyi Sosial və Ekoloji Sərmayə Proqramları çərçivəsində Ərzurum, Qars və Ardahanda həyata keçirilən Sosial-İqtisadi İnkişaf Proqramı ilə bölgədəki vilayətlərdə ağac əkilməsi, suvarma və içməli su layihələrinə dəstək verilməklə kənd əhalisi texnologiya ilə tanış edilir. TANAP-ın Keyfiyyət, Təhlükəsizlik, Sosial və Ətraf mühit üzrə direktoru Erdem, açıqlamasında TANAP-ın yalnız bir boru xətti şirkəti olaraq xatırlanmasını istəmədiklərini söyləyib. Ətraf mühitə, sosial, mədəni dəyərlərə və olduqları bölgələrdəki insanların ümidlərinə dəyər verən bir şirkət olaraq da xatırlanmaq istədiklərini deyən Erdem bildirib ki, Şərqdəki vilayətlər üzrə hazırladıqları “layihə karvanı” sayəsində Şərqi Anadoludakı bütün əraziləri gəzərək, buradakı insanlarla görüşmək imkanı əldə ediblər: “Şərqdəki vilayətləri 2 ildir ki, gəzirik və uşaqlarımıza, qadınlarımıza və əlil vətəndaşlarımıza kodlaşdırma və robot texnologiyası ilə əlaqədar məlumatlar veririk”. Erdem, kəndlərdəki görüşlərdən çox müsbət nəticələr əldə etdiklərini deyib: “Bu layihə çox gözəl işlərin başlanğıcı olacaq. Ölkəmiz üçün də olduqca əhəmiyyətli olan təhsili TANAP olaraq prioritet sahəmiz kimi görürük”. TANAP-ın təhsillə yanaşı, ətraf və iqtisadi inkişaf baxımından bir çox layihələr həyata keçirdiyini deyən Erdem bildirib ki, Şərqi Anadolu və Konya Ovası layihələri ilə kəndlərdəki suvarma proqramları və içməli su layihələrini dəstəklənir: “Bununla yanaşı, biz hazırda yarısını tamamladığımız 600 mindən çox ağac əkinini hədəfləyirik. Akademik və müəllimlərlə yanaşı, Autizm dərnəyilə də birgə autizmlilərlə bağlı işlər görürük. Həmçinin Səhiyyə Nazirliyi ilə ortaq işlərimizin bir hissəsi olaraq Şərqi Anadoludakı vilayətlərimizə 4 ədəd tam təchiz olunmuş ambulanslar aldıq”.
Erdem TANAP-ın təxminən minə yaxın layihə həyata keçirdiyini, ekologiyanın qorunacağını, balıqçılığın inkişaf etdiriləcəyini və ölkə turizminə əhəmiyyətli dəstəyin təmin ediləcəyini deyib.
Habitat Dərnəyinin rəhbəri Sezai Hazır isə TANAP tərəfindən maliyyələşdirilən sosial-iqtisadi inkişaf proqramının tərəfdaşları olduqlarını, layihə çərçivəsində 20 mindən çox insanla görüşdüklərini deyib. 2017-ci ildə TANAP boru kəmərinin keçdiyi bölgələrdə həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə layihəyə başladıqlarının deyən Hazır bildirib: “Kəndlərdəki qadınlar, uşaqlar və gəncləri texnologiya ilə tanış etmək, bölgə iqtisadiyyatının inkişafı üçün texniki-iqtisadi əsaslandırma işləri apardıq və bölgədə mühüm könüllülər şəbəkəsi yaratdıq”. O, TANAP-ın həyata keçirdiyi layihələrin sosial məsuliyyət nümunəsi meydana gətirdiyini bildirib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info