Birinci vitse-prezident Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olub
Tarix: 14.02.2019 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olublar. AZƏRTAC xəbər verir ki, ev-muzeyinin direktoru İradə İbayeva muzey və onun nəzdində elmi-ədəbi tədqiqat şöbəsinin Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə ehtiram əlaməti olaraq yaradıldığını bildirdi. 2007-ci ildə istifadəyə verilən ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarıdır. Mir Cəlal Paşayevin ev muzeyinin Gəncə şəhərində fəaliyyət göstərməsi təsadüfi deyil. Çünki o, Cənubi Azərbaycanda anadan olsa da, taleyi onu qədim Gəncə şəhərinə gətirib çıxarıb. Ədib həmişə Gəncəni sevib və doğma şəhəri bilib. Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, ailə həyatı xronoloji ardıcıllıqla muzeyin ekspozisiyasında əksini tapıb. Hazırda eksponatların sayı 300-dən artıqdır. Muzey kompleksində 2009-cu ilin aprel ayında elmi-ədəbi tədqiqat şöbəsi fəaliyyətə başlayıb. Şöbənin yaradılması ədəbiyyatımızın tədqiqinə, araşdırılmasına xidmət edir. Mir Cəlal Paşayev muzey kompleksində mütəmadi olaraq şair və yazıçıların kitab təqdimatları, şəhər ziyalıları ilə görüşlər, konsertlər, şagird və tələbələr üçün ədəbiyyat dərsləri, ekskursiyalar və digər ədəbi-bədii tədbirlər keçirilir. Muzey fəaliyyətə başladığı gündən şəhər əhalisinin, tələbə və şagirdlərin ziyarətgahına çevrilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Prezident: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
19.09.2020
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
19.09.2020
Prezident İlham Əliyev: Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!
19.09.2020
Prezident: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
19.09.2020
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info