Nazirlik: “Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir”
Tarix: 15.02.2019 | Saat: 12:35:00 | E-mail | Çapa göndər


Topdansatış fəaliyyətləri ilə məşğul olan sahibkarların elektron qaimə-faktura tətbiq olunmadan malları təqdim etməsi ciddi qanun pozuntusu sayılır.
Bu barədə Vergilər Nazirliyinin iqtisadi təhlil və ekspertiza departamentinin mikroiqtisadi təhlil idarəsinin direktoru Elşən Hüseynov deyib.
Topdansatış və pərakəndə satış fəaliyyətləri ilə məşğul olan ticarət şəbəkələrində elektron qaimə-fakturaların tətbiqinin müvəqqəti olaraq dayandırılması barədə bəzi elektron media orqanlarında yayılan məlumatların düzgün olmadığını söyləyən E.Hüseynov qeyd edib ki, qanunvericiliyin bu tələbi öz qüvvəsində qalır və malların satışı zamanı sənədləşmənin dayandırılması heç bir halda mümkün deyil: “Nazirlik, həmçinin sahibkarların diqqətinə çatdırır ki, malları qəbul edən fərdi sahibkarların və hüquqi şəxslərin elektron qaimə-faktura tələb etmədən malların qəbulunu həyata keçirməsi qanunla məsuliyyətə səbəb olur”.
O deyib ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir. Elektron qaimə-fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergiödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir: “Bu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb. Dəyişikliyə görə, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə də sanksiya tətbiq ediləcək. Birinci dəfə belə hallara yol verildikdə maliyyə sanksiyalarının məbləği 10 faiz, ikinci dəfə 20 faiz, üç və daha çox yol verildikdə isə 40 faiz məbləğində olacaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
3 yaşlı “ABAD” - VİDEO
23.09.2019
ARDNF-nin maliyyə fəaliyyətinin auditini PraysvoterhausKupers Audit Azərbaycan şirkəti həyata keçirəcək
23.09.2019
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir
22.09.2019
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info