Tramp fövqəladə vəziyyət rejimi tətbiq edəcək
Tarix: 15.02.2019 | Saat: 12:57:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Donald Tramp fevralın 15-də dövlət müəssisələrinin maliyyələşməsi ilə bağlı büdcəni imzalamaq və eyni zamanda, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etmək niyyətindədir. Interfax xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders məlumat verib. “Prezident hökumətin maliyyələşməsi barədə büdcəni imzalayacaq, həmçinin icra hakimiyyəti sahəsində digər tədbirlər görəcək, o cümlədən milli təhlükəsizlik sahəsində böhranı və sərhəddə humanitar böhranı dayandırmaq üçün ölkədə fövqəladə vəziyyət rejimi elan edəcək”, - deyə o bildirib. Fövqəladə vəziyyət rejiminin tətbiqi Donald Trampa Meksika ilə sərhəddə səddin tikintisi üçün təxsisatı artırmağa imkan verəcək. Belə ki, konqresdə müzakirə olunan büdcə layihəsində bu məqsəd üçün prezidentin tələb etdiyi 5,7 milyard dollar əvəzinə cəmi 1,375 milyard dollar ayrılıb. Demokratlar isə öz növbəsində fövqəladə vəziyyət rejiminin elan olunmasına kəskin etiraz bildiriblər. Senatda demokratik azlığın lideri Çak Şumer bunu ümummilli miqyasda qanunsuzluq adlandırıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə Donald Trampın qərarına qarşı məhkəmədə iddia qaldırmaqla hədələyib.
Qeyd edək ki, fevralın 14-də senat maliyyə ilinin sonuna qədər dövlət müəssisələrinin maliyyələşməsini təmin edən büdcə layihəsini qəbul edib. Nümayəndələr Palatasının da analoji addım atacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Qardaş ölkədə güclü zəlzələ gözlənilir...
26.09.2020
BƏƏ ABŞ-a “ F-35“ döyüş təyyarələri almaq üçün rəsmi müraciət edib
26.09.2020
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlanır
25.09.2020
“TRT World“ Ermənistan-Azərbaycan münaqişəsi haqqında film yaydı
25.09.2020
“Lufthansa“ mindən çox pilotu ixtisar edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info