Özbəkistanda “Nəsimi ədəbiyyat günləri” keçiriləcək
Tarix: 15.02.2019 | Saat: 13:00:00 | E-mail | Çapa göndər


Şairin qəzəlləri Özbək dilinə tərcümə edilib nəşr ediləcək


Nəsimi ili ilə əlaqədar Özbəkistanda “Nəsimi ədəbiyyat günləri”, poeziya gecəsi və şairin qəzəllərinin Özbək dilinə tərcüməsi və nəşri həyata keçiriləcək.
Prezident İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Daşkənddə silsilə tədbirlərin təşkili nəzərdə tutulub.
Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini əks etdirən əsərlərinin Özbək dilinə çevrilməsi əsas prioritet məsələlərdəndir.
Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığına Özbəkistanda da böyük maraq olduğunu qeyd edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Nəsimi ili” ilə əlaqədar Özbəkistanda “Nəsimi ədəbiyyat günləri”nin keçiriləcəyini bildirib. Diplomat bununla əlaqədar, Azərbaycan və Özbək alimlərinin, ədəbiyyatşünaslarının iştirakı ilə Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan еşq günəşiyəm” adlı beynəlxalq elmi konfransın keçiriləcəyini söyləyib. O, Nəsiminin qəzəllərinin Özbək dilinə tərcüməsi və Daşkənddə nəşri, il ərzində İmadəddin Nəsimiyə həsr edilmiş “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin keçirilməsinin də nəzərdə tutulduğunu bildirib.
Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları toplanılacaq. Toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaqdır. Müsabiqənin yekununda iki ölkədən ən dəyərli 2 əsərə (ümumilikdə 4 nəfər) mükafatlar təqdim ediləcəkdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, “Kitab dünyası” qəzetinin iştirakı ilə Daşkənddə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulmuş tədbirlərdəndir.
Qeyd edək ki, hazırda Azərbaycan Mədəniyyət Mərkəzi bu il Nəsimi irsinə dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, onların surətlərinin qarşılıqlı əsaslarla Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi layihəsi üzərində çalışır.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq
13.09.2019
Belarus teatrının solisti Bakıda çıxış edəcək
13.09.2019
Nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəfli kimdir?
13.09.2019
“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA”-nın nümayişi keçirilib
13.09.2019
Karvan keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info