Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
Tarix: 15.02.2019 | Saat: 13:01:00 | E-mail | Çapa göndər


Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb. Mərkəz 39 sahə üzrə xidmət edir. Qurumda RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilib. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə) "Qaynar xətt" yaradılıb. Bundan əlavə, xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir. Burada məqsəd sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi, vaxt itkisinin qarşısının alınması, süründürməcilik və korrupsiya hallarının qarşısının alınması, vətəndaşın eyni vaxtda vahid məkanda RİH-in bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi, işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması, RİH-nin vətəndaşın etimad ünvanına çevrilməsi, vətəndaş məmunluğunun yüksəldilməsidir. Xatırladaq ki, ötən ilin avqustun 28-də Prezidentin imzaladığı sərəncamla İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25.06.2019
Türkiyənin ölkəmizdə yeni təyin olunmuş hərbi attaşesi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info