Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
Tarix: 15.02.2019 | Saat: 13:17:00 | E-mail | Çapa göndər


“Heç bir saxta brend məhsulu onun əsilindən adi göz ilə görməklə seçmək olmaz. Çox vaxt saxta olan mal əsilindən daha da parlaq və gözəgəlimli olur”. Bu fikri təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev brend mal adından satışa çıxarılan saxta mallar haqda danışarkən deyib.
O bildirib ki, ilk növbədə almaq istədiyiniz məhsulda diqqət etməli olduğunuz nüanslara fikir verin: “Birinci növbədə almaq istədiyiniz malın etiketinə baxın. Etiket mala (şalvar, kofta) necə tikilib. Zavod istehsalı olan (yəni firma mallarında) etiketlər mala astarın altından yaxud birləşmə yerlərində tikilir. Yəni sən etiketə baxanda onun üzərində tikiş yeri görmürsən. Ancaq sonradan vurulan etiketlərin malın üzərindən vurulduğunu diqqətlə baxanda açıq görmək olar. İkincisi, etiketin üzərində barkod olur və o barkodda malın məxsus olduğu ölkənin kodu olur. Məsələn, siz almaq istədiyiniz mal Türkiyə istehsalıdırsa, barkodda 869, İran 626, Rusiya 460-469, Almaniya 400-440, Fransa 300-379, İtaliya 800-839, Çin 690-695 ilə başlayır. Yəni siz alacağınız malın hansı ölkəyə məxsus olduğunu bu kodlar ilə müəyyən edə bilərsiniz”.
Elmar Nurəliyev deyib ki, barkodda, əsasən 12-13 rəqəmdən ibarət kod olur: “Bu kodun həqiqi olub-olmamasını yoxlaya bilərsiniz. Barkodda olan ilk iki, yaxud üçdə ola bilər, ölkə kodudur, sonra gələn beş, yaxud, altı rəqəm də ola bilər. Bu, istehsalçı firmanın kodudur, sonrakı beş rəqəm məhsulun kodudur, ən sonda olan rəqəm isə “nəzarət kodudur". Bu rəqəmlər ilə “nəzarət kodunun" düzgünlüyünü yoxlaya bilərsiniz. Sağdan sola tək rəqəmləri toplayırıq, alınan cavabı 3-ə vururuq. Sağdan sola cüt rəqəmləri toplayırıq, alınan cavabın üstünə yuxarıda aldığımız cavabı gəlirik. Alınan cavabın qarşısındakı rəqəmləri silib axrıncı rəqəmi saxlayırıq. 10 rəqəmindən axrıncı rəqəmi çıxanda cavab barkoddakı ən sonuncu rəqəm alınmalıdır. Bu nəzarət rəqəmidir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Rayonlara həftəsonu avtobuslarla turların təşkilinə icazə verilsin -təklif
23.09.2020
Azərbaycanda 146 nəfər koronavirusa yoluxdu, 173 nəfər sağaldı, 2 nəfər vəfat etdi
22.09.2020
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxdu, 113 nəfər sağaldı, 2 nəfər vəfat etdi
21.09.2020
Qubada bir kənddə 8 müəllim koronavirusa yoluxub
21.09.2020
Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
2 Ətli dovğa
3 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
4 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
5 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info