Qar yağacaq
Tarix: 15.02.2019 | Saat: 13:32:00 | E-mail | Çapa göndər


Azərbaycanda fevralın 16-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-9° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 16-17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü bəzi insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq yarada bilər. Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın fasilələrlə yağıntılı keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir saniyədə 15-20 metrədək güclənəcək.
Azərbaycanın rayonlarında fevralın 17-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 18-23 metrədək güclənəcək.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar
18.09.2019
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info