Paytaxt məktəblisi respublika müsabiqəsinin qızıl medalçısı olub
Tarix: 15.02.2019 | Saat: 13:49:00 | E-mail | Çapa göndər


Bakı şəhəri 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva “Sabahın alimləri” VIII respublika müsabiqəsinin qalibi olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, S.Nurullayeva müsabiqədə “Biologiya” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə S.Nurullayeva 2019-cu il mayın 12-17-də ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək imkanı qazanıb. Selcan Nurullayeva bu nailiyyəti akademik Zərifə Əliyeva adına liseyin şagirdi Vaqif Məmmədzadə ilə birlikdə hazırladığı layihə üzrə ədə edib.
S.Nurullayeva ötən il keçirilən “Sabahın alimləri” VII respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə II yeri tutaraq gümüş medala layiq görülmüşdü.
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən “Sabahın alimləri” respublika müsabiqəsinə maraq ildən-ilə artmaqdadır. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
Ümumi təhsilin dövlət standartlarında dəyişiklik edilib
30.09.2020
Təhsil Nazirliyində vətəndaşların qəbulu noyabrın 2-dək dayandırılıb
30.09.2020
Ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçiminin müddəti uzadılıb
26.09.2020
Goranboyda yüksək bal toplayan tələbələrlə görüş keçirilib
25.09.2020
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
2 Xalqımızın halal haqqı
3 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
4 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
5 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info