ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?
Tarix: 15.02.2019 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


“Okeanın o tayından olan təzyiqlərə baxmayaraq Almaniyada “Şimal axını – 2” layihəsi ilə bağlı düşüncə əsasdır”


Vladimir Çijov: “Müxtəlif variantlar ola bilər. Amma qaz kəmərinin inşası davam edəcək, buna şübhəniz olmasın”

Berlində maye qaza dair Almaniya-Amerika konfransında boru kəmərləri ilə nəql olunan qazı maye qazla əvəzləmək imkanları müzakirə edilib. AFR-də təbii maye qaz daşıyan tankerləri qəbul etmək üçün indiyədək heç bir terminalın olmadığını bildirən Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer konfrans iştirakçılarını əmin edib ki, hökumət belə terminalların tikintisini sürətləndirmək niyyətindədir: “Yaxın həftələr ərzində bir və ya bir neçə təbii maye qaz terminalının tikintisi haqqında qərar qəbul ediləcək. Almaniyanın şimalındakı üç şəhərdə - Brunsbüttel, Ştade və Vilhelmshafen şəhərlərində sərmayədarlar buna maraq göstərirlər”. Nazir deyib ki, Almaniya dünyanın müxtəlif ölkələrindən - Yaxın və Orta Şərq, Aralıq dənizi ölkələrindən, o cümlədən Misir və İsraildən, lakin ilk növbədə ABŞ-dan maye qaz satın almağa hazırlaşır. Altmayer deyib: “Biz çox gözəl bilirik ki, ABŞ-da dünya bazarı üçün böyük həcmdə maye qaz istehsal edilir, onun dünyada istehlakı artacaq, gələcəkdə ən iri maye qaz istehsalçısı isə Birləşmiş Ştatlar olacaq. ABŞ Avropanın tələbatını xeyli dərəcədə təmin edə bilər”. ABŞ-ın energetika nazirinin müavini Den Brulett maye qazı Avropanın enerji təhlükəsizliyinin artırılması və Aİ ölkələrinin təbii qaz təchizatından son dərəcə asılı olması riskinin neytrallaşdırılması amillərindən biri kimi nəzərdən keçirir. Berlin hesab edir ki, qaza tələbat və onun istehlakı artacaq, Aİ-nin özündə onun hasilatının azalması nəzərə alınsa, bu enerji daşıyıcısının idxalını artırmaq lazım gələcək. ABŞ Almaniyanı Rusiyadan qaz almaqdan yayındırmağa çalışır. Berlinə müxtəlif yollarla təsir göstərməyə çalışan Vaşinqton “Şimal axını-2” layihəsinin qarşısını müxtəlif əngəllər çıxarır. Hələlik Berlin bu məsələdə Birləşmiş Ştatlara ciddi şəkildə müqavimət göstərir. Politoloqlar qeyd edir ki, ABŞ Rusiya ilə Almaniya arasında soyuqluq yaratmaq, iqtisadi münasibətlərə “Berlin divarı” çəkməyə çalışır.
Bəzi ekspertlər qeyd edir ki, ABŞ dövlət katibinin Şərqi Avropa ölkələrinə səfər etməsinin arxasında dayanan səbəblərdən biri də qaz kəmərləri ilə bağlıdır. Ağ Ev strateqləri Şərqi Avropa dövlətlərinin əli ilə bu dəfə “Türk axını” üçün problemlər yaratmağa çalışırlar. Almaniyada ABŞ-dan maye qazı alınması ilə bağlı müzakirələrin keçirilməsi Vaşinqtonun niyyətini ortaya qoyur. Münhen Təhlükəsizlik Konfransınla iştirak edən Rusiyanın xarici işlər naziri bu məsələni almaniyalı həmkarı Hayko Maasla müzakirə edəcək. “RİA Novosti” Rusiya nümayəndə heyətinə istinadən yazır ki, kəmər ətrafında yaranan son vəziyyət fonunda Almaniyada “Şimal axını – 2” layihəsinin reallaşmasının vacib olması düşüncəsi dominantlıq edir: “Okeanın o tayından olan təzyiqlərə baxmayaraq Almaniyada “Şimal axını – 2” layihəsi ilə bağlı düşüncə əsasdır. Bu məsələ təkcə Almaniya -Rusiya münasibətləri üçü vacib gündəm deyil. Eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün əhəmiyyətlidir”. Ekspertlər bir məsələyə də diqqət çəkir ki, bir neçə gün əvvəl Avropa Komissiyası təbii qaz bazarı üzrə yeni tənzimləməyə dair Avropa Parlamenti və Avropa Şurası arasında aparılan danışıqlar nəticəsində razılıq əldə olunduğunu açıqlayıb. Deməli, Avropa İttifaqına üzv ölkələrin üçüncü ölkələrlə imzalayacağı təbii qaz müqavilələrinin Aİ nəzarəti altında olmasını təmin edəcək tənzimləmə hazırlanıb. Aİ-yə üzv ölkələrin üçüncü ölkələrlə imzalayacağı təbii qaz müqavilələri Avropa Komissiyasının enerji qanunvericiliyinə və müvafiq qaydalara tabe olacaq. Təbii qaz layihələrinə nəzarət isə Avropa Komissiyası tərəfində həyata keçiriləcək. Rusiyanın Avropa İttifaqı yanında nümayəndəsi Vladimir Çijov “RİA Novosti”yə bildirib ki, yeni tənzimləməyə baxmayaraq “Şimal axını-2” layihəsinin tikintisi davam edəcək: “Müxtəlif variantlar ola bilər. Amma qaz kəmərinin inşası davam edəcək, buna şübhəniz olmasın”. Yeni qaydalara əsasən, “Şimal axını-2” layhəsi ilə bağlı qərarı Almaniya verməlidir. Ekspert Roman Tkaçuk “Sputnik”ə bildirib ki, yeni qaydaların “Şimal axını-2” layihəsinə təsiri minimum səviyyədə olacaq: “Əsas məsələ odur ki, Almaniya layihənin reallaşmasında maraqlıdır. Almaniya Avropanın qaz xabı olmaq istəyir. Ona görə də Berlinin yanaşması layihənin gələcəyinə optimist baxmağa şərait yaradır. Çətinliklər var, amma layihənin inşası davam edəcək”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.09.2019
Ermənistan ordusunda intihar
13.09.2019
Rusiyada müxaliflərin ev və ofislərində axtarış edilib
13.09.2019
“Rusiya Ermənistanın suverenliyini tanımaq niyyətində deyil”
13.09.2019
Rusiya ABŞ dollarından imtina edir
13.09.2019
ABŞ Suriyanın şimalına daha 150 əsgər göndərməyə hazırlaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info