Gələn həftədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanacaq
Tarix: 15.02.2019 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Sistemin tətbiqinə ilk olaraq Quba və Şəkidə start veriləcək


Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinə gələn həftədən başlanacaq. Artıq sistemin tətbiqi ilə bağlı pilot rayonlar seçilib. Gələn həftədən Quba və Şəkidə fermerlərin məlumatlarının sistemə daxil edilməsi prosesinə start veriləcək.
Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib. Nazirlik rəsmisi bildirib ki, fermerlər məlumatları sistemə özləri daxil etməlidir: “Pilot olaraq seçilmiş rayonlarda fermerlər üçün yeni sistemin təqdimatı keçiriləcək, qeydiyyat proseduru, funksiyalardan istifadə qaydaları izah olunacaq. Bununla bağlı maarifləndirmə prosesinə Dövlət Aqrar İnkişaf mərkəzləri, Aqrar İnkişaf Könüllüləri, təlimçilər cəlb ediləcək. Fermerlər öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdikdən sonra pilot olaraq seçilmiş bölgələrdə ilkin məlumat bazası formalaşdırılacaq. Bu bazalar fermerlərə elektron xidmətlərin göstərilməsində mühüm rol oynayacaq”. Vüqar Hüseynov əlavə edib ki, maarifləndirmə işləri Dövlət Aqrar İnkişaf mərkəzlərində, “ASAN xidmət” mərkəzlərində, Səyyar “ASAN xidmət”lərdə aparılacaq: “Quba və Şəkidə yaşayan fermerləri bu prosesdə fəal olmağa çağırırıq. Fermerlər EKTİS-də qeydiyyatdan keçdikdən sonra mülkiyyətlərində olan, əkin apardıqları sahələrin koordinatlarını, əkdikləri məhsulu, məhsuldarlıqla bağlı proqnozu sistemə daxil etməlidir. Onlara, həmçinin EKTİS-də yaratdıqları şəxsi kabinetlərində xidmət sifariş etmək, şikayət etmək funksiyaları da izah olunacaq”.
Yeni sistemin tətbiqi fermerlər üçün çoxsaylı üstünlüklər yaradır. “Bu sistem fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərimizi ümumiləşdirilmiş şəkildə birləşdirir. Hər üç prinsip fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutur”, - deyə nazirlik rəsmisi bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
3 yaşlı “ABAD” - VİDEO
23.09.2019
ARDNF-nin maliyyə fəaliyyətinin auditini PraysvoterhausKupers Audit Azərbaycan şirkəti həyata keçirəcək
23.09.2019
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir
22.09.2019
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info