Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub
Tarix: 15.02.2019 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Məhsul istehsalı 11,9 faiz artıb


Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub. Bu rəqəm inişil 207,5 min ton olmuşdur. Beləliklə, məhsul istehsalı 11,9 faiz artıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzindən məlumat verilib. Bildirilib ki, pambıq sahələrində məhsuldarlıq 2017-ci ildə hektara 15,3 sentner, 2018-ci ildə isə 17,5 sentner təşkil edib. İxraca gəldikdə, 2017-ci ildə pambıq lifi ixracı 33,8 milyon dollar, 2018-ci ildə 80,5 milyon dollar olub və 2,4 dəfə artım qeydə alınıb. Eyni zamanda, ötən il 23,7 milyon dollar pambıq ipliyi ixrac olunub ki, bu da inişilki göstəricidən (15,9 milyon dollar) 1,5 dəfə çoxdur. Ötən il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb. Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
19.09.2019
Azranking.az portalının “Rəqəmsal Təqvim” elektron sistemi istifadəyə verilib
19.09.2019
Azərbaycan-Çin ticarət dövriyyəsi 1,3 milyard dollara çatıb
19.09.2019
Nazir: “TANAP-la indiyədək 2,5 milyard kubmetrdən çox təbii qaz göndərilib”
19.09.2019
Xələf Xələfov: “Əsrin müqaviləsi” üzrə bugünkü nailiyyətlər Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edən nailiyyətlərdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info