ABŞ: Azərbaycan Cənubi Avropa üçün daha mühüm qaz tədarükçüsü olmaq niyyətindədir
Tarix: 15.02.2019 | Saat: 15:11:00 | E-mail | Çapa göndər





Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz tədarükçüsü olmaq niyyətindədir. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məqalədə deyilir. Yazıda bildirilir ki, Azərbaycan Xəzər dənizi regionunda xüsusilə Avropa bazarına mühüm xam neft və təbii qaz tədarükçüsü hesab olunur. Azərbaycanın təbii qaz ixracı ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsinə çevrilməkdədir. Azərbaycanın hasil etdiyi təbii qazın müəyyən hissəsi ixraca yönəldilir. “Azərbaycan Avropaya təbii qaz ixracını genişləndirməyi planlaşdırır. Avropa İttifaqına üzv ölkələrin rəhbərləri Azərbaycanın “Şahdəniz” təbii qaz yatağından çıxarılan qazın Cənubi Avropaya nəqlini qitənin təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi kimi strateji məqsədi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirirlər. Xüsusilə Cənub və Şərqi Avropada coğrafi, infrastruktur baxımından məhdudiyyətlərin mövcudluğu buradakı ölkələrin təbii qaz təchizatı üçün məhdud seçimlər yaradır”, - deyə məqalədə qeyd edilir.

Bildirilir ki, Azərbaycanın təklif etdiyi qaz həcmləri (ildə 10 milyard kubmetr) Cənubi Avropaya daha az təbii qaz gətirsə də, regional tələbatın ödənilməsi üçün alternativ variant təmin etməklə potensial tədarük pozuntularını azaltmağa kömək edə bilər.

Yazıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının hasilat gücü, yatağın işlənməsinin ikinci mərhələsi olan “Şahdəniz-2”, genişləndirilən Cənubi Qafqaz Boru Kəməri (CQBKG) və TANAP kəməri barədə məlumat verilir. Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP boru kəmərinin 2020-ci ildə tamamlanması gözlənilir. “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.




 
Bölməyə aid digər xəbərlər
27.09.2020
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
27.09.2020
Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının vurulması yalandır
27.09.2020
Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib
27.09.2020
MN: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
26.09.2020
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info