Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü
Tarix: 15.02.2019 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Quba şəhəri azərbaycanlılarla yəhudilərin sülh içində yaşadığı yeganə məkan olmayıb.
Erməni millətçilərinin keçirdiyi etnik təmizləmələrdən əvvəl onlar Ermənistanda Yexeqnadzor rayonunun Yexeqis kəndində dini və etnik uzlaşma şəraitində yaşayırdılar. Bu kənd Yexeqnadzor şəhərindən 18 kilometr, Yerevandan 135 kilometr məsafədə, qədim Dərələyəzin ətəklərində dəniz səviyyəsindən 1640 metr hündürlükdə yerləşir. Hələ 1996-cı ildə alimlər Ermənistanın bu ərazilərində vacib arxeoloji kəşflər edib, üzərində Azərbaycan yazıları ilə yanaşı, həm də qədim yəhudi aramey dillərində mətnlər olan başdaşları aşkarlayıblar. Tapılan qəbirlər XIII əsrin ortalarına, bəziləri isə 1337-ci ilə aiddir və təkcə yəhudi icmasının Ermənistan ərazisində qədim dövrlərdən yeni dövrədək yaşadıqlarının deyil, həm də onların bu bölgədə üstünlük təşkil edən azərbaycanlı əhali ilə birgəyaşayışının sübutudur.
Aydındır ki, yəhudi icmasının Ermənistandan köçünə onların qonşularının - Dərələyəz mahalının köklü sakinləri, Yexeqis azərbaycanlılarının qovulması yol açıb. Gürcüstan və Azərbaycanda yəhudi icmalarının çiçəklənməsi fonunda Ermənistandan yəhudilərin köçü azərbaycanlıların soyqırımı kimi erməni xalqının tarixində qara ləkədir. Azərbaycanlı, türk, kürd, assuriyalı, yezid, molokan, yunan və yəhudilərə qarşı ardıcıl etnik təmizləmə siyasəti sayəsində Ermənistan əhalisinin 99 faizdən çoxunun Yaxın Şərqin fərqli ölkələrindən gələnlər təşkil edən monoetnik dövlətə çevrilib. Amma möcüzə sayəsində qorunub saxlanmış azərbaycanlı-yəhudi qəbiristanlığı bu bölgənin real tarixinin maddi sübutudur. Kəndin kənarında, yəhudi qəbiristanlığını azərbaycanlı qəbiristanlığından ayıran çayın digər sahilinə körpü aparır ki, bu da Yexeqisi bugünədək azərbaycanlılarla yəhudilərin vahid ailə kimi yaşadığı Quba ilə doğmalaşdırır.

Elxan Ələsgərov
Fəlsəfə doktoru, "Baku Network" Ekspert Şurasının rəhbəri




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
“Ermənistan çirkin planlarından əl çəkməsə, bu onlar üçün ağır nəticələrə səbəb olacaq”
23.09.2020
Sahibə Qafarova: Ermənistan BMT-nin və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir
23.09.2020
Volodin Moskvada Sahibə Qafarova ilə danışıqlar aparacaq
22.09.2020
Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri ilə görüşüb
22.09.2020
Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
2 Ətli dovğa
3 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
4 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
5 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info