Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
Tarix: 15.02.2019 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə 2254 nəfərin işlə təmin edilib


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayonunda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Qəbuldan əvvəl S.Babayev və Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin bu rayondakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Vətəndaşlarla görüşündə S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ildə imzaladığı yeni fərman və sərəncamların əhalinin rifah halının yaxşılaşdırılması, əmək haqları və digər sosial ödənişlərin artırılması, şəhid ailələri və müharibə əlillərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti mühüm addımlar olduğunu vurğulayıb. O, həmin sənədlərdən irəli gələn tapşırıqların icrası sahəsində görülən işlər, sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin şəffaflaşdırılması üçün aparılan islahatlar barədə məlumat verib.
Aktiv məşğulluq tədbirlərindən, özünüməşğulluq proqramının icrasından bəhs edən nazir ötən il məşğulluq orqanları vasitəsilə Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə 2254 nəfərin işlə təmin edildiyini, 41 nəfərin peşə hazırlığının təşkil olunduğunu, 614 ailənin özünüməşğulluq proqramına cəlb edildiyini deyib. S.Babayev bildirib ki, dövlət başçısının təşəbbüsü ilə cari ilin yanvar ayında icrasına başlanılan “İşsizin DOST-u” proqramı 30 minədək işsiz şəxsin əmək müqaviləsi üzrə ödənişli ictimai işlərə cəlb olunmasını nəzərdə tutur. Onlardan artıq 25 mindən çox şəxsin əmək müqaviləsi ilə bu işlərlə təminatı həyata keçirilib. Proqrama əsasən Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə də işsiz şəxslər ödənişli ictimai işlərə cəlb olunurlar.
Qəbul zamanı ayrı-ayrı sosial təminat növlərinə hüququn müəyyən olunması, tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma və s. məslələrlə bağlı müraciətlər dinlənilib. Müraciətlərdən sorğu xarakterli olanlarla bağlı hüquqi izahatlar verilib. Digər müraciətlərdə ifadə olunan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün S.Babayev tərəfindən aidiyyəti tapşırıqlar verilib. Eləcə də bir sıra vətəndaşların aktiv məşğulluq tədbirlərinə, sosial xidmətlərə, potensial imkanları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb olunması, reabilitasiya xidmətləri ilə təminatı tapşırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info