Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
Tarix: 15.02.2019 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə birgə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatlarına baxış keçiriblər.
2018-ci ildə Neftçala rayonunda əvvəlki illə müqayisədə 7 dəfə çox olmaqla 91 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib. Həmin şəxslərdən 89 nəfəri biznes-planlarını uğurla müdafiə edərək proqramın iştirakçısı olub. Onlardan artıq 63 nəfərə proqram əsasında mal və materiallar verilib və qalan şəxslərin də mal və materiallarla təminatı davam edir. Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların böyük əksəriyyəti heyvandarlıq, qalan hissəsi isə xidmət sahələri üzrədir. S.Babayev proqram iştirakçıları ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına imkan yaratdığını vurğulayıb. O bildirib ki, ötən il əhatə dairəsi 6,5 dəfə genişləndirilməklə 7,3 minədək şəxsin cəlb edildiyi proqram üzrə bu il də 7-8 min ailənin kiçik ailə təsərrüfatının yaradılması nəzərdə tutulur. Nazir proqram iştirakçılarının onlara yaradılmış bu imkandan düzgün və səmərəli istifadə edərək, qısa müddətdə öz təsərrüfatlarını genişləndirəcəklərinə əminliyini ifadə edib.
Baxış zamanı proqram çərçivəsində qurulmuş təsərrüfatların normal şəkildə idarə edildiyi, proqram iştirakçılarının öz yeni yaradılmış təsərrüfatlarını inkişaf etdirmək üçün səylə çalışdıqları müşahidə edilib.
Özünüməşğulluq proqramı iştirakçıları aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, onlara sahibkarlığa çıxış imkanı yaradılması üçün aparılan işlərə, bu sahədə xüsusi önəm kəsb edən özünüməşğulluq proqramının həyata keçirildiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım
21.10.2020
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini
20.10.2020
Xudatda əsgər ailələrinə yardım paylanılıb
19.10.2020
Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
18.10.2020
Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info