Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”
Tarix: 15.02.2019 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 15-də Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb. Görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinə toxunan Dövlət Komitəsinin sədri bu əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini
bildirib. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edən Mübariz Qurbanlı Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Söhbət zamanı respublikamızdakı dinlərarası harmoniya, tolerantlıq və həmrəylik mühiti barədə danışan Komitə sədri bildirib ki, dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilib. Ulu Öndər
Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi indi də eyni funksiyanı uğurla yerinə yetirir. Prezident İlham Əliyevin böyük tarixə malik dini məbədlərimizin bərpası, dini icmalara qayğısı sahəsində ardıcıl tədbirlər həyata keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir. Vurğulanıb ki, kəskin
ziddiyyətlərin tüğyan etdiyi zamanda Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm, İslam həmrəyliyi ideyaları yayır. Prezident İlham Əliyevin Azərbaycanda 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi ilə müsəlman ölkələri, o cümlədən sülhpərvər bəşəriyyət üçün yeni platforma yaradılıb. Dövlət Komitəsinin sədri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasında
qardaşlıq və birlik dəyərlərinə xidmət etdiyini bildirib. O, bu istiqamətdə işlərin davam etdirildiyini, müvafiq qurumların, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində tədbirlər keçirildiyini qeyd edib. Səmimi qəbula görə təşəkkürünü bildirən Mərakeş Krallığının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş Azərbaycanda
tolerantlığın yüksək səviyyədə olmasının artıq bütün dünyanın etiraf etdiyi həqiqət olduğunu vurğulayıb. Səfir İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürən Azərbaycanın bu təşəbbüsünün təqdirəlayiq hal olduğunu və müsəlman aləmində dəstəkləndiyini deyib. Həmçinin M.A.Embarş Dövlət Komitəsinin
tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutunun Mərakeşin müvafiq təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.
Eyni zamanda, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, iki ölkə arasında dini-mədəni əlaqələrin gücləndirilməsinin əhəmiyyəti və gələcəkdə birgə tədbirlərin, konfransların, sərgilərin keçirilməsinə dair müzakirələr aparılıb. Sonda qonağa Dövlət Komitəsinin ingilis və ərəb dillərində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25.06.2019
Türkiyənin ölkəmizdə yeni təyin olunmuş hərbi attaşesi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info