Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
Tarix: 15.02.2019 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Masallı şəhər Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Bizim tanıdığımız Elmira...” ("Elmira-kakoy mı yeyo znaem") və “Həmkarlarımla üz-üzə” kitablarının oxucularla ictimai müzakirəsi və elmi-praktiki konfrans keçirilib. Təqdimatda iştirak edən rayon ictimayyətinin nümayəndələri, qonaqlar qiymətli əsər kimi dəyərləndirdikləri kitablar haqqında ürək sözlərini söyləyiblər.
Əvvəlcə tədbir iştirakçıları Milli Məclisin deputatı, “ Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, görkəmli publisist, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın əmək və fəaliyyətinə həsr olunmuş Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Elsevər və Cəmaləddin Əliyev lərin hazırladıqları videoçarxa baxıblar. Videoçarx bu dəyərli şəxsin siyasi fəaliyyətinə, Milli Məclisin deputatı kimi xidmətlərinə, jurnalist, yazıçı, ictimai xadim kimi apardığı işə həsr olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, veteran Dövlət qulluqçusu, Vətənə Xidmətə Görə III dərəcəli ordenli Ələşrəf Niftiyev aşmışdır. O, məşhur həmyerlimizin həyat və yaradıcılığından söhbət açıb.
Konfransda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tədbir iştirakçılarını və qonaqları salamlayaraq deyib: "Yazıçılıq sənəti çox çətin sahədir. Dünyada çox gözəl əsərlər yaranmışdır. Elmira Axundovanın uzun illər yazıb ərsəyə gətirdiyi və ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildli əsəri də bu səpkidəndir və müəllifi "Bizim Elmiradır". Qeyd etmək istərdim ki, Xalq yazıçısı, Milli Məclisin deputatı, “ Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, həmyerlimiz Elmira Axundova bu tarixi romanı yazmaqdan ötrü çoxlu tanınmış insanlarla görüşmüş, müxtəlif şəhərlərdə olmuş, insanları tapmış, onlarla ünsiyyətdə olmuş və çətinlikləri dəf etməklə belə böyük bir əsər ərsəyə gətirmişdir. Bu silsilə kitablar əsrlər boyu yaşayacaqdır. İnanıram ki, “Bizim tanıdığımız Elmira...” və “Həmkarlarımla üz-üzə” kitabları da qədirbilən oxucular tərəfindən rəqbətlə qarşılanacaq", - deyə rayon rəhbəri cənab R.Hüseynov bildirib: - Çıxışımı Xalq şairi Zəlimxan Yaqubun təbirincə səsləndirəcəyim bu sözlərlə bitirmək istəyirəm: Kişi qeyrətli, oğul ürəkli, igid təpərli, nurlu çöhrəli, gülər üzlü, şux təbiətli, istəkli bacımız, çox hörmətli Elmira xanım Axundovaya möhkəm cansağlığı, ədəbi, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayır am!
Əsər barədə söz deyən Prezident təqaüdçüsü Şirvan Əbilov müəllifi təbrik edib, ona uğurlar arzulayıb: “Elmira qələmi ilə sənətini ucaldan insandır. Onun haqqında danışanda, ilk ağlıma gələn, yaddaşıma yazılan məqam, bu dəyərli azərbaycanlı qadınının sədaqəti, jurnalist kimi inanılmaz cəsarəti, öz işinə sevgi dolu sayğı və hörmətlə yanaşmasıdır. Sənət o zaman ucalır ki, sənətkar onu gördüyü işlərlə ucaldır, ona rəğbət və hörmət qazandırır.
Neçə illərdir bu dəyərli qələm sahibini tanıyıram. Hələ 1990-cı illərdə, çoxunun öz mövqeyini ortaya qoymağa cəsarət etmədiyi bir zamanda, bu cəsur xanım ulu öndər Heydər Əliyev barədə obyektiv mövqe - ümummilli lideri ziyarət edərək, əsl jurnalist xarakteri ortaya qoydu.
Bu yaxınlarda nəşr olunan hər iki kitabda Elmira xanımın istedadlı qələmi ilə yanaşı, həm də keçmişə sayğısı, verdiyi dəyər ön plana çıxır. “Bizim tanıdığımız Elmira...” adlanan birinci kitabda yaradıcı jurnalistin haqqında ölkənin ictimai xadimləri, elm adamlarının qələmə aldıqları səmimi sətirləri, əslində, E.Axundovanın yaradıcı fəaliyyətinə olan ictimai baxışdır. Təmənnasız və obyektiv baxış!
Kitablar barədə kinodramaturq, Əməkdar İncəsənət Xadimi, "Şöhrət" ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Natiq Rəsulzadə , həftəlik "Yeni həyat" qəzetinin baş ədəbi işçisi Akif Ağayev , rus dili müəllimi Səkinə Əsədova ürək sözlərini deyiblər.
Jurnalist Akif Ağayev çıxışında qeyd edib ki, “ Bizim tanıdığımız Elmira...” , “Həmkarlarımla üz-üzə” kitablarının ərsəyə gəlməsində zəhməti keçən hər kəsə, eləcə də bədii redaktor, Əməkdar jurnalist Elmira Əliyeva ya, gözəl tərtibata görə “CBC” nəşriyyatına , texniki redaktor, həmyerlimiz Cəsarət Qasımova oxucu minnətdarlığını çatdırırıq.
“Bizim tanıdığımız Elmira...” kitabında son 15 ildə mətbuatda Elmira Axundova haqqında maraqlı və əhəmiyyətli materiallar , yaradıcılığı na həsr edilmiş rəylər, resenziyalar, məqalə və esselər cəmlənib. Görkəmli yazarlarımız, şairlərimiz Anar, V . Səmədoğlu , Z.Yaqub, F.Qoca , Ç . Abdullayev , xalq rəssamı Tahir Salahov, yazıçı, kinodramaturq Natiq Rəsulzadə, akademik İ . Həbibbəyli, pr ofessor Eldar İsmayılov, əməkdar jurnalist Elmira Əliyeva , tanınmış jurnalist Qalina Mikeladze , dünya karifeyi Oljas Süleymanov, Rusiyada siyasi bioqrafiya janrının ustadı, məşhur rus tarixçisi Roy Medvedevin, eləcə də ictimai-siyasi dövlət xadimlərinin, yaradıcı həmkarlarının, millət vəkillərinin onun haqqında , əsərləri barədə yüksək, dəyərli fikirlər, məqalələr oxucunu bu kitabı birbaşa oxumağa sövq edir.
M əhsuldar yaradıcılığı ilə seçil ən E . Axundova nın müəllifi olduğu “Naşirin qətli”, “Şüşə saray”, “Fərmanla əfv edilib...”, “Bu bizik”, "Əlövsət Quliyev: o tarix yaradırdı" , “Dostlarımın gözəl cəhətləri”, “Yaşamaq dövrü”, “Elçinin fövqəlvəzifəsi”, “Həqiqət anları”, “Anar Məmmədxanov. Kapitanın taleyi” v ə digər əsərlər, xüsusən Azərbaycan Prezidentinə həsr edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” əsəri bar ədə geniş müzakirə li yazılar, rəylər, resenziyalar, ətraflı məqalələr yer alıb.
“Həmkarlarımla üz-üzə” kitabını oxuduqca Elmira xanımın ayrı-ayrı mətbu dərgilərində verdiyi müsahibələrdə zəngin həyatının rəngarəng səhifələri varaqlanır. Məqalə lə rdəki maraqlı, diqqətçəkən məqamları sadalamaq bu qısa vaxt çərçivəsinə sığışası deyil. Sanki bir-birindən fərqli müsahibələrdə eyni bir hadisənin ayrı-ayrı epizodlarının mükəmməl bədii tərənnümü oxucunu yormur. Çünki bu oxunaqlı yazılarda Azərbaycanın tarixi var. Təkcə yazılarda deyil, Ulu öndərlə60-a yaxın səfər zamanı, ayrı-ayrı ölkələrdə keçirilən mədəni-kütləvi tədbirlərdə, dünyanın tanınmış ictimai-siyasi xadimlərilə, Respublika Prezidenti cənab İlham Əliyevin rayonumuza səfərləri çərçivəsində, xüsusilə son 7 ildə yeni qurulan Masallımızdakı yeni müəssisələrin açılışları və digər tədbirlər zamanı çəkilən hər bir xatirə şəkli bir tarixi günü ehtiva edir.
Ki tablarda kı məqalə və oçerklər, analitik yazılar, xoş ifadəli kiçik qeydlər və təbriklər E.Axundovanın i stedadlı və əməksevər liyindən , risk etməyi bacaran b ir mübariz yazar, ictimai-siyasi xadim olmasını bir daha oxucunun yadına salır...
Boradigah qəsəbəsi 2 nömrəli tam orta məktəbin direktoru, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurməmməd Ağayev məşhur jurnalistə həsr etdiyi şeirini söyləyib.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova yazıçı Elmira Axundovanın yenicə çapdan çıxmış “Bizim tanıdığımız Elmira...” və “Həmkarlarımla üz-üzə” kitablarına dəyər verərək bildirib ki, yeni nəşrlərin gənc və yaşlı nəslin maariflənməsində böyük rolu vardır.
Sonra “Bizim tanıdığımız Elmira...” və “Həmkarlarımla üz-üzə” kitablarının müəllifi Elmira Axundova kitabın yaranması və ərsəyə gəlməsi barədə geniş söhbət açaraq təşkil olunmuş tədbirə görə rayon rəhbərliyinə və ziyalılara öz minnətdarlığını bildirib. Müəllif çıxışının sonunda qeyd edib: “Mən ömrümün qalan hissəsini də Heydər Əliyev obrazını yaratmağa çalışacağam...”
Masallıda görülən abadlıq-quruculuq işlərinə münasibət bildirən Milli Məclisin deputatı son illər Masallıda müasir arxitekturanın tələblərinə cavab verən binalar tikildiyini, tədbirin keçirildiyi möhtəşəm Heydər Əliyev Mərkəzini bunun timsalında nümunə göstərib...
Ənənəvi olaraq, hər il region mediaçılarının Milli Mətbuat və Jurnalistika günü ərəfəsində Masallıya toplaşması rayon rəhbəri cənab Rafil Hüseynovun mətbuat nümayəndələrinə diqqət və qayğısının göstəricisidir. Masallı RİH-nin mətbu orqanı olan 87 yaşlı “Yeni həyat” qəzeti h əmişə bu vətənpərvər, intellekt ziyalının – E.Axundovanın yanında olmağa çalışıb, onun mövqeyini dəstəkləyib, yaradıcılığına və ictimai fəaliyyətinə xüsusi diqqət göstərib, yazıçının demək olar ki, bütün iştirak etdiyi tədbirləri, seçicilərlə görüşləri, kitablarının, xüsusilə ən dəyərli tarixi romanının Dövlət mükafatına təqdimat mərasimlərini, seçki öncəsi təbliğat-təşviqat kompanıyalarını işıqlandırıb. Məqalələri rus dilindən tərcümə ilə dərc edilib (“Əliyevin yeni strategiyası: kənd bütün ölkəni yeməklə təmin edir” 14.10.2016, “İnsanlar seçkiyə cəbhəyə yollanırmış kimi gedirdilər” 20.04.2018, bu tərcümə lərdə bizimlə birgə, mərhum jurnalist həmkarım ız, şair-publisist R əsul Rzayev in d ə əməyini xüsusi vurğulamaq istərdi k ).
Vaxtilə “Yeni həyat”çılara mübariz jurnalist taleyi arzulayan təcrübəli həmkarımız E.Axundova n ın bizə olan ümidlərini doğrultmağa çalışırıq. Azərbaycan jurnalistikasının parlaq nümayəndəsi E . Axundova məktəbi bizlərə çox şeyi öyrədə biləcək və öyrədən məktəbdir. Yetər ki, bu məktəb ən başlıcası insanlara Vətəni, xalqı, torpağı sevməyi öyrədir. Tədbirin sonunda görüş iştirakçılarına yeni və əvvəlki illərdə çap olunmuş kitablar hədiyyə olunub. Qeyd edək ki, tədbir musiqi ilə müşayiət olunmuşdur. Şamo İbayev və Fərid Hacıyevin oxuduqları xalq mahnıları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan həftəlik
“Yeni həyat” qəzetinin Baş redaktoru




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info