Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
Tarix: 15.02.2019 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 15-də ədliyyə naziri Fikrət Məmmədov Xaçmaz regional ədliyyə idarəsində Xaçmaz, Quba, Qusar və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib. Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra ədliyyə naziri rayonda mədəni-tarixi abidələrlə tanış olub. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerində həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının işi ilə tanış olub, bu sahədə fəaliyyətə cəlb olunmuş gənc könüllülərlə görüşüb, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib. Ədliyyə naziri müşavirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli, o cümlədən regionların sosial-iqtisadi tərəqqisini vurğulayıb. Fikrət Məmmədov nazirliyin ötənilki fəaliyyətinin yekunlarından bəhs edərək işin dövlətimizin başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, o cümlədən innovativ metodlar tətbiq edilməklə səmərəli təşkili, könüllülük institutunun ədliyyə sahəsində daha geniş təşviqi, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verib, ölkə rəhbərinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər Dövlət Proqramı”nın icrası ilə bağı nazirliyin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Eyni zamanda, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul edilmiş Mülki Prosessual Məcəllədə və “Məhkəmələr və hakimlər haqqında” Qanunda əsaslı dəyişikliklər barədə yeni qanunların məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, iş yükünün azaldılmasına, “Elektron məhkəmə” sistemi geniş tətbiq olunmaqla işlərə daha operativ baxılmasına xidmət etdiyi qeyd olunub, qanunvericiliyin yeni müddəalarının dərindən öyrənilməsinin və düzgün tətbiqinin zəruriliyi bildirilib.




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Məhkumlara sovqat və banderolların verilməsi bərpa olunub
13.08.2020
Məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb
13.08.2020
Büdcə vəsaitini mənimsəyən səfir şübhəli şəxs qismində tutuldu
13.08.2020
“Yeni Dövlət İdarəçiliyi” mövzusunda Onlayn “Dəyirmi Masa”
13.08.2020
Sosial sahibkarlıqla bağlı ictimai müzakirələr başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info