«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
Tarix: 15.02.2019 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


“Yeni hökumətin reytinqi aşağı düşür”

Erməni baş nazir Nikol Paşinyan artıq cəmiyyətin Ermənistanın iqtisadi inqilabına dair formulunu qəbul etdiyini bəyan edir. Təbii ki, bu, onun şəxsi fikridir. Çünki o, dediklərini əsaslandırmaq üçün elə də bir fakt göstərmir. Maraqlıdır ki, Paşinyanın bu fikirlərinə münasibət bildirən bir çox erməni siyasətçiləri onu, eləcə də, onun komanda üzvlərini təkəbbürlülükdə ittiham edirlər. Çünki məlumdur ki, heç bir dayaq nöqtəsi olmayan Ermənistan iqtisadiyyatını qısa müddətdə inkişaf etdirib dünyanın aparıcı iqtisadi inkişaf etmiş ölkələri sırasına qatmaq çox gülünc görünür. Sovetlər dönəmində də elə də bir təbii sərvətlərə malik olmayan bu ölkə, indi olduğu kimi, kənardan gətirilən resurslar hesabına ayaqda dururdu. Qeyl edilməlidir ki, həmin ələbaxımlıq bu gün də Ermənistanda «öz əhəmiyyətini» itirməyib. Bunu, bəzi açıqfikirli ermənilər də etiraf edirlər. Məsələn, nümunə üçün erməni sahibkar qadın Silva Ambartsumyanın dediklərini göstərə bilərik: «Ermənistan xarici yardım hesabına yaşamağa alışsa da, amma bunu etiraf etmək istəmir». Qeyd edək ki, ermənilərin «1in.am» saytına danışan qadın sahibkar Ermənistana göndərilən xarici yardımların davamlı ola bilməməsini də gizlətməyib.

ABŞ Ermənistana yardımı dayandıra bilər
Haşiyə çıxaraq qeyd edilməlidir ki, Suriyaya humanitar dəstə adı altında hərbçi göndərməsinə ABŞ Dövlət Departamentinin göstərdiyi reaksiyanı təhlil edən Rusiyanın «Nezavisimaya qazeta»sı, buna cavab olaraq, Vaşinqtonun Ermənistana yardım göstərməkdən imtina edə biləcəyini də istisna etməyib.

“Ermənistan rəhbərliyi ölkədə iqtisadi islahatların həyata keçirilməsi üçün xaricdən göndəriləcək zəruri maliyyə yardımına artıq ümid etməyə bilər


Nəşrin yazdığına görə, «Ermənistan rəhbərliyi artıq ölkədə iqtisadi islahatların həyata keçirilməsi üçün xaricdən göndəriləcək zəruri maliyyə yardımına ümid etməyə bilər. Ən yaxşı halda isə bu ianə yarıya qədər azaldıla bilər».

Daxili çəkişmənin yeni mərhələsi

Reallıq isə budur ki, Paşinyan hökumətinin «cəmiyyət tərəfindən dəstəklənən» iqtisadi inkişaf proqramı, əslində, ölkədə yeni hökumətə qarşı müxalifətin «soyuq müharibəsi»nin yeni mərhələyə daxil olduğunu göstərdi. Bu barədə isə ermənilərin «Aykakan jamanak» nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, artıq yeni səlahiyyətlilərin xalq arasındakı reytinqinin düşdüyünü görən erməni müxalifəti açıq şəkildə mübarizəyə start verməkdə israrlıdır. Qəribə də olsa, müxalifət hazırda Ermənistanda yaranmış vəziyyətdən istifadə etmək üçün əsas və dəlillər də göstərir. Belə ki, təbliğat, manipulyasiya prosesləri və «xarici dünya» ilə işləmək üçün böyük miqdarda vəsait xərcləyən yeni hakimiyyət hələ də cəmiyyətdəki sağlam düşüncəyə ümidlidir.
Bu arada «ArmenianReport» saytında müəllif yazısı ilə çıxış edən erməni yazar Qalust Qriqoryan erməni parlamentinin müzakirəsinə verilən «iqtisadi inkişaf proqramı» ilə bağlı müzakirələrdə tənqidi fikrə haqq qazandırdığını etiraf edib: «Paşinyanın proqramla bağlı yüksək amallardan danışmasına baxmayaraq, hökumətin iqtisadi inkişaf proqramı «Mənim addımım» blokunun seçkiöncəsi səsləndirdiyi şüarların bir növ xülasəsidir. Bu proqramda diqqətçəkən əsas məqamlar «yaxşı istək» və «masa tostu»ndan başqa bir şey deyil. Etiraf etməliyik ki, burada rəqabət aparmaq üçün heç bir şey yoxdur. Bəli, deyirlər ölkə iqtisadi cəhətdən inkişaf edəcək, amma sual olunur: hansı ehtiyat hesabına? Bəlkə, əvvəlki hakimiyyətin dövründə olduğu kimi, xaricidən fərdi şəxslər tərəfindən Ermənistana göndərilən vəsait hesabınamı? Təbii ki, yeni proqramda bütün bunlarla bağlı heç bir izahat yoxdur».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info