“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
Tarix: 18.02.2019 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


“ASAN xidmət” mərkəzinin hər cür avadanlıqla təchiz olunmuş səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar şəhəri olub. Biləsuvar və ətraf rayonların sakinləri fevralın 1-dən “ASAN xidmət” tərəfindən təqdim olunan 10-na yaxın xidmətdən istifadə edirlər. On beş gün ərzində 3750 nəfərdən çox bölgə sakini göstərilən xidmətlərdən faydalanıb. Sakinlər “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaşlıq pasportlarının alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Biləsuvar səyyar “ASAN xidmət”nin əməkdaşı Tərlan Mirhəsənli bildirib ki, Biləsuvar və ətraf rayonların sakinləri martın 2-dək səyyar xidmətdən yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən göstərilən xidmətlər daxildir. Sakinlərə, həmçinin tərcümə və qan analizi kimi yardımçı xidmətlər də göstərilir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovatik üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım
21.10.2020
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini
20.10.2020
Xudatda əsgər ailələrinə yardım paylanılıb
19.10.2020
Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
18.10.2020
Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info