Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
Tarix: 18.02.2019 | Saat: 13:22:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub.
Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov MDB Dövlət Başçıları Şurası yanında Beynəlmiləl Hərbçilərin İşi üzrə Komitənin təsis etdiyi “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub.
Bu yüksək mükafata sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ərəfəsində layiq görülən Əfrahim Təhməzov indiyədək SSRİ-nin yaradılmasının 70 illiyi ilə əlaqədar yubiley medalı, o cümlədən “Əfqan xalqından təşəkkür”, “Beynəlmiləl döyüşçü”, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalları, eləcə də SSRİ Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.
Qeyd edək ki, Əfrahim Cəbrayıl oğlu Təhməzov Masallı rayonunun Çaxırlı kəndində anadan olmuş və bu kənddə orta məktəbi bitirmişdir. Masallı rayonunda çıxan "Yeni həyat" ( o vaxtlar "Çağırış" adı ilə həftədə 3 dəfə Masallı mətbəəsində, hər nömrə 15 min tirajla çap olunurdu) qəzetində vaxtaşırı çap olunmuşdur. Mən həmin günləri xoş xatirələrlə anıram. Əfrahim yaxşı dost, mehriban, gülərüz, qayğıkeş bir insandır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini və sonradan Hüquqşünaslıq fakültəsini bitirmişdir. Tələbəliyə qədər və ondan sonraki vaxtlarda Azərbaycan Radiosunda və Azərbaycan Televiziyasında gözəl məqalələri və tamaşaları ilə yadda qalmışdsır. 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək keçmiş Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyat keçirib. SSRİ-nin tərkibində olan keçmiş sovet respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi Əfqanıstandakı əməliyyatlarda iştirak edib.
Azərbaycanlı döyüşçü, jurnalist-hüquqşünas, Azərbaycan və Rusiya Jurnalistlər birliklərinin üzvü Əfrahim Təhməzov 1979-1981-ci illərdə Əfqanıstanda keçirilən bir çox hərbi əməliyyatların iştirakçısı olub, dəfələrlə ölümlə üz-üzə gələrək döyüş əməliyyatları zamanı müxtəlif bədən xəsarətləri alıb.
Ümummilli lider, xalqımızın xilaskar oğlu Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya vasitəsilə xalqa müraciət edərək Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən zaman həmin çağırışa qoşulan, Vətəninə, xalqına bağlı olan minlərlə veteran döyüşçü kimi Əfrahim Təhməzov da Dağlıq Qarabağ uğrunda döyüşlərdə iştirak edib.
Hazırda ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək, dövlətimizin milli maraqlarının müdafiəsi istiqamətində müxtəlif mövzularda KİV-lərdə çıxışlar edir.
Keçmiş döyüşçü, ehtiyatda olan ədliyyə polkovniki bu barədə Azərtacın jurnalistinə deyib ki, Azərbaycan torpaqlarının bir hissəsi hələ də təcavüzkar Ermənistanın işğalı altındadır. Bu müharibədə minlərlə soydaşımızı itirmişik. Lakin dünya hələ də susur. Aparıcı beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar icra olunmur, Ermənistan məkrli siyasətindən və iddialarından əl çəkmir. Lakin Ermənistan və onların havadarları birmənalı olaraq bilməlidirlər ki, Azərbaycan gec-tez ərazi bütövlüyünü bərpa edəcək. Torpaqlarımızı işğaldan azad etməyə həm iqtisadi, həm də hərbi gücümüz yetərincədir.
- Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət hər bir vətəndaşımızda sabaha inam və əminlik hissi, işğal altındakı torpaqlarımızın azad olunmasına zəmin yaradır. Məhz dövlətimizin başçısının yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprel döyüşlərində və 2018-ci ilin mayında Günnüt əməliyyatında yüksək döyüş qabiliyyəti nümayiş etdirdi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq əmr verəcəyi andan etibarən silaha sarılmağa, işğal olunmuş torpaqlarımızı canımız və qanımız bahasına azad etməyə hazırıq, - deyə Azərbaycanlı döyüşçü, jurnalist-hüquqşünas, Azərbaycan və Rusiya Jurnalistlər birliklərinin üzvü Əfrahim Təhməzov daha sonra bildirib.
Qardaşım və həmkarım Əfrahimə yeni yaradıcılıq uğurları, daha xoş istirahət arzu edirəm! O, həyatın hər əzabını görmüş, şirin dadını bilən insandır.
Təbrik edirik!
Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info