“Qala Sığorta” “Uğur 2018” mükafatına layiq görülüb
Tarix: 19.02.2019 | Saat: 12:50:00 | E-mail | Çapa göndər


Azərbaycan sığorta bazarında daim öz yenilikləri və yüksək inkişaf dinamikası ilə seçilən “Qala Sığorta” ASC “İlin Sığorta Şirkəti” nominasiyası üzrə ölkənin ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb.
Təqdimat mərasimdə çıxış edən “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkəti adından təşkilatçılara öz minnətdarlığını bildirib. F.Allahverdiyev qeyd edib ki, belə bir mükafata layiq olmaq şirkətin fəaliyyət göstərdiyi sahədə əməkdaşların göstərdiyi peşəkar səylərin və onların əldə etdiyi nailiyyətlərin nəticəsidir: “Qazandığımız uğurlar və ölkənin ən nüfuzlu biznes mükafatını almaq öz növbəsində “Qala Sığorta” olaraq üzərimizdə daha böyük məsuliyyət yaradır. Əminəm ki, “Qala Sığorta” komandası belə bir məsuliyyəti dərindən dərk edərək bu gözləntiləri doğruldaraq növbəti uğurlara imza atacaq: - deyə F.Allahverdiyev vurğulayıb.
Qeyd edək ki, Azərbaycan sığorta bazarında geniş çeşidli məhsulları və çevik inkişafı ilə seçilən “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Xatırladaq ki, ölkənin işgüzar dairələrində ən nüfuzlu mükafat sayılan “Uğur” Milli Mükafatı 2000-ci ildə işgüzar nəşr olan “Consulting&Business” jurnalı tərəfindən təsis edilib. Mükafat fəaliyyət sahəsi üzrə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafında töhfə vermiş qurumlara, təşkilatlara, şirkətlərə verilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info