Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
Tarix: 19.02.2019 | Saat: 13:27:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb. .Babayev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, dövlət başçısı tərəfindən keçən il və cari ilin ötən dövründə imzalanan Fərman və Sərəncamların da bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaratdığnı bildirib. S.Babayev müharibə əlilləri və şəhid ailələrinin, müharibə veteranlarının dövlətimiz, xalqımız qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyalardan olan vətəndaşlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini, eyni zamanda onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiklərini qeyd edib. Nazir ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib. O, sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, müvafiq ictimai qurumlarla fikir mübadilələrinə, onlardan gələn rəy və təkliflərin öyrənilməsinə xüsusi önəm verildiyini deyib. S.Babayev ötən ilin iyul ayında da müvafiq ictimai təşkilatlarla görüşün keçirildiyini və gələcəkdə də belə tədbirlərin davam edəcəyini deyib.
Görüşdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (İB) sədri Mehdi Mehdiyev, Qarabağ Qaziləri İB-nin İdarə Heyətinin üzvü Rey Kərimoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, “Aprel şəhidi” Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Əlizadə və başqaları Prezident cənab İlham Əliyevin həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı Fərman və Sərəncamlardan məmnunluq ifadə ediblər. Onlar belə görüşlərin ənənəvi xarakter almasını müsbət dəyərləndiriblər. Görüş sosial müdafiə sahəsində atılan addımlarla, aparılan islahatlarla bağlı müzakirələrin aparılması, rəy və təkliflərin bildirilməsi ilə davam edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info