Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
Tarix: 19.02.2019 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Beyləqan rayonunun Əhmədli və Gödəklər kənd tam orta məktəbləri üçün quraşdırılan modul tipli binalar istifadəyə verilib. Prezident İlham Əliyevin "Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 2018-ci il 27 mart tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına qurulan binaların hər biri 96 şagird yerlikdir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binalarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Çıxış edənlər müəllim, şagird və valideynləri təbrik edib, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar.
Bildirilib ki, 2003-2018-ci illərdə Beyləqan rayonunda 16 yeni məktəb binası tikilib, 5 məktəb əsaslı təmir edilib, 2 məktəbin hər birində 120 yerlik 6 sinif otağı inşa olunub. Bu məktəblərdə təhsil alan 7018 şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Hazırda Xalac kənd tam orta məktəbinin binası əsaslı təmir olunur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 fevral tarixli Sərəncamı ilə rayonun Dünyamalılar kəndində 624 şagird yerlik yeni məktəb binası inşa ediləcək.
Kənd sakinləri, pedaqoji kollektivin nümayəndələri və şagirdlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olublar. Sinif otaqları, müəllimlər otağı, kitabxana, sanitar qovşaqdan ibarət məktəblər müasir avadanlıq və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətlərində abadlıq işləri aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info