Xocalı soyqırımının ukraynalı pilot şahidi: Hamımız bu dəhşətli faciədən sarsılmışdıq
Tarix: 19.02.2019 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, slovakiyalı həmkarı Miroslav Layçakla birgə mətbuat konfransı keçrib (Trend). O, mətbuat konfransında deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız Dağlıq Qarabağ münaqişəsi üzrə dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər.
S.Lavrov Rusiya, ABŞ və Fransadan olan həmsədrlərin sıx təmasda olduqlarını bildirib:

"Onlar artıq Azərbaycan və Ermənistan liderləri ilə görüşüblər, xarici işlər nazirləri ilə yeni təmaslara hazırlaşırlar. Ermənistanda yeni hakimiyyətin bu yaxınlarda formalaşdığını nəzərə alsaq, şübhəsiz ki, bu mərhələdə nizamlanma prosesinin nə dərəcədə intensiv və dərin inkişaf edə biləcəyini anlamaq üçün əlavə vaxt tələb olunur. Bir daha təkrarlayıram ki, həmsədrlər və ATƏT yalnız dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər, qərar isə əlbəttə ki, dialoq zamanı, tərəflər arasında birbaşa danışıqlarda qəbul olunmalıdır".
Yeri gəlmişkən, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu AZƏRTAC-a bildirib ki, işğalçı Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil: “Buna diplomatiyada status-kvonun legitimləşdirilməsi də deyirlər. Məsələnin daha bir pis cəhəti də var. Bu da ondan ibarətdir ki, hazırda dünya siyasətini müəyyənləşdirən güc mərkəzləri beynəlxalq münasibətlərdə və münaqişələrin həllində imperativ olan paradiqmanı son illərdə dəyişdiklərini bəyan ediblər. Əgər əvvəlki paradiqma ədalət, sonra sülh prinsipinə əsaslanırdısa, yeni paradiqma sülh, sonra ədalət prinsipinə əsaslanır.
Deputat qeyd edib ki, adi məntiq bunu diktə edir ki, ədalət olmadan sülh mümkün deyil. Deməli, qlobal imperialist mərkəzlər öz siyasi coğrafiyalarından kənarda sülh istəmirlər, tam əksinə, lokal müharibə ocaqları yaratmaqla öz istismarçı siyasi strategiyalarını həyata keçirirlər. Buna bəzən idarə olunan xaos siyasəti də deyirlər. İstər müsəlman Şərqində, istərsə də Ukraynada və digər postsovet məkanında münaqişələrin bu qədər ardıcıl və uzunmüddətli olmasını həm də bu prizmadan qiymətləndirmək mümkündür.
H.Babaoğlunun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli də bu kontekstə nəzərdən keçirilə bilən problemlərdən hesab edilə bilər. İşğalçı Ermənistan da beynəlxalq münasibətlər sistemində nəyin necə və hansı istiqamətdə inkişaf etdiyini izləyir və bunu bizə qarşı istifadə etməyə çalışır. Ancaq şübhəsiz, Ermənistanda elə ciddi beyin mərkəzləri yoxdur ki, bütün bunları təhlil edib düzgün nəticə çıxara bilsinlər. Düşmən ölkəyə belə məsələlərdə mövqelərini dəqiqləşdirməkdən ötrü həm Şimal, həm də Qərb mərkəzli güclərdən hazır diplomatik reseptlər verilir və onlar da buna uyğun hərəkət edirlər. Yəni, dolayı yolla, problemi həll etmək üçün BMT Təhlükəsizlik Şurasından xüsusi mandat almış qurum problemi həll etməklə deyil, əslində onun həllinin mümkün qədər uzadılması ilə məşğul olur.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın qətiyyətli və tələbkar mövqeyindən sonra müəyyən ümidlər yarananda bir qədər yumşaq və problemin həlli yolu istiqamətində çox xəsisliklə də olsa, verilən pozitiv bəyanatların şahidi oluruq. Bir qədər sonra isə tutaq ki, Şimaldan belə bir rəsmi bəyanat verilir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində bizim mövqeyimiz dəyişməyib, əvvəlki kimi problemin sülh yolu ilə həll edilməsini arzulayırıq. Bu diplomatik bəyanatın daxili məzmunu odur ki, biz mövqeyimizi dəyişməmişik və problemin həll edilməsinə icazə verə bilmərik. Çünki bu problem əslində bizim üçün həm Ermənistanı, həm də Azərbaycanı nəzarətdə saxlamaq baxımından elə bir universal hərbi-siyasi alətdir ki, ondan əsla vaz keçə bilmərik. Bu isə işğalçı ölkənin maraqlarına cavab verir və işğal etdiyi Azərbaycan torpaqlarını bu günə qədər nəzarətdə saxlamasına imkan yaradır. Ancaq son bir ilə yaxın müddətdə vəziyyət bir qədər dəyişib. İşğalçı ölkə bu yolla yaşamağın uzunmüddətli perspektivdə mümkün olmadığını başa düşür və üstəlik, Azərbaycanın Aprel və Naxçıvan döyüşləri vasitəsilə verdiyi dərsi unuda bilmir. Ona görə də hazırda müxtəlif ziddiyyətli bəyanatlar verməklə ənənəvi Şimal və yeni Qərb təzyiqlərinin arasında bir tarazlıq tapmağa çalışır və açığı, əslində bu, o qədər də çətin deyil. Çünki iki mərkəzin heç biri əslində problemi həll etmək üçün Ermənistana təzyiq etmir.
H.Babaoğlu əlavə edib ki, Ermənistana təzyiqlər, sadəcə, onun hansı mərkəzin nüfuz dairəsinə keçməsi məsələsindədir. Ona görə də işğalçı ölkə xristian təəssübkeşliyinə də arxalanaraq belə sərbəst davranır. Əlbəttə, Azərbaycan bütün bunları görür və buna qarşı strateji diplomatiya və hərbi-siyasi güc müəyyənləşdirir. Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində bir daha vurğuladı ki, biz iqtisadi və hərbi-siyasi gücümüzü artırmaqla müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş Azərbaycan qururuq. Düşünürəm ki, bu strateji fikrin əsas məntiqindən biri də elə problemin həll edilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti son müsahibəsində bir daha Aprel və Naxçıvan döyüşlərini xatırlatdı. Bu, əslində Ermənistana bir xəbərdarlıq kimi başa düşülə bilər.
****
“Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti başlayandan sonra dinc əhalinin hərbi münaqişə zonasından çıxarılması üçün Qarabağa intensiv uçuşlar edirdim. 1992-ci il fevralın 27-də idarə etdiyim helikopter Xocalı üzərində uçarkən dəhşətli mənzərənin şahidi olduq. Dağın döşündə şəhərin dinc sakinlərinin cəsədləri vardı.”
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ukraynanın Lvov şəhərində “Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda keçirilən seminarda çıxışı zamanı Xocalı faciəsinin canlı şahidlərindən biri – ukraynalı helikopter pilotu Leonid Kravets söyləyib.
Pilotun sözlərinə görə, onlar Gəncəyə qayıdaraq yerli hakimiyyət orqanlarını bu haqda məlumatlandırıblar: “Sonradan həmin yerə jurnalist Çingiz Mustafayev və onun köməkçilərini çatdırdım. Hamımız bu dəhşətli faciədən sarsılmışdıq. O qədər çox cəsəd var idi ki, hadisənin miqyasını tam əks etdirmək üçün çəkilişi yuxarıdan aparmaq lazım idi”.
Ukraynalı pilot bildirib ki, Xocalı hadisəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.
Qeyd edək ki, seminar Azərbaycanın Ukraynadakı səfirliyi, “Lvov Politexnik” Milli Universiteti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər departamentinin və UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info