Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
Tarix: 20.02.2019 | Saat: 12:18:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemində özünüməşğulluq proqramı iştirakçılarının hər birinin ayrıca kabineti olacaq. İştirakçıya dair kabinetdə onun özünüməşğulluq proqramına müraciət etməsi və proqrama qəbulu, proqram çərçivəsində təlim kursu keçməsi, müdafiə etdiyi biznes-plan barədə məlumatlar yer alacaq. Proqram iştirakçısına biznes-planına uyğun şəkildə aktivlərin (mal və materialların) təqdim edilməsi prosesini əks etdirən məlumatlar, aktivləri qəbul etməsini və verilən aktivlərdən razılığını öz imzası ilə təsdiq etdiyi aktlar da orada yerləşdiriləcək. Həmçinin aktivlərin keyfiyyətini təsdiqləyən sənədlər (o cümlədən verilən mal-qaranın sağlamlıq vəziyyətinə dair baytarlıq arayışları), iştirakçının aktivləri qəbul edərkən öz razılığı ilə çəkilmiş video, foto materiallar da “Məşğulluq” altsistemindəki kabinetdə əksini tapacaq.
Proqram çərçivəsində yaradılmış təsərrüfatların hər rüb üzrə monitorinqlərinin nəticələri də altsistemə köçürüləcək. Misal üçün, vətəndaşa proqram çərçivəsində verilmiş heyvanlara necə qulluq göstərdiyi barədə onun şəxsi kabinetində məlumat olacaq. Hər bir proqram iştirakçısının şəxsi kabinetinin ictimai açıqlığı təmin olunacaq ki, bu, eyni zamanda, proqramın icrasına ictimai nəzarətin güclənməsinə imkan verəcək. Beləliklə, özünüməşğulluq proqramı iştirakçılarının proqrama cəlb olunması prosesi, eləcə də onlara verilmiş aktivlər (o cümlədən mal-qara) ilə bağlı hər hansı sorğusu yaranan şəxs (o cümlədən KİV nümayəndəsi) həmin şəxsi kabinetə daxil olub sorğusuna cavab tapacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info