“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
Tarix: 20.02.2019 | Saat: 13:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə XI qrant müsabiqəsinin qalibi Diana Seyidovanın “Cəmiyyətin səsi” adlı fərdi layihəsinin I mərhələsi başa çatıb.
Layihənin əsas məqsədi cəmiyyətdə olan stereotiplərdən, ictimai qınaqdan, gender bərabərsizliyindən qaynaqlanaraq meydana gələn müxtəlif sosial problemlərin həllinə yardım etmək, insanları daha tolerant dəyişikliyə, fərqliliyə açıq olmağa dəvət etməkdən ibarətdir.
“Cəmiyyətin səsi” layihəsi Azərbaycan Dillər Universitetində baş tutub. Layihə çərçivəsində Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, aktyor Qorqud Cəfər, gənc aparıcı və aktyor Sənan Ellez, Azərbaycan radiosunun diktoru, xalq artisti Eldost Bayram layihə iştirakçıları ilə görüşüb.
Layihənin I mərhələsində nitq mədəniyyəti, storytelling, emosiyaların çatdırılması, daxili obraz təlimləri peşəkarlar tərəfindən keçirilib.
Layihə II mərhələdən ibarətdir Layihənin I mərhələsi başa çatıb. II mərhələdə layihə iştirakçıları ölkədə sosial problemləri araşdıracaq, sosial problemləri olan insanların həyat hekayələri ssenariləşdiriləcək. Yekun olaraq isə həmin hekayələrin videoçarxlarının çəkilməsi, təqdimatı və sosial şəbəkələrdə yerləşdirməsi nəzərdə tutulub nəzərdə tutulub
Qeyd edək ki, layihə cəmiyyətdə baş verən gender bərabərsizliyi, ictimai qınaq, önyarğı və s. kimi sosial problemləri əhatə edən hekayələri ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi ilə həyata keçirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info