Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
Tarix: 20.02.2019 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinin açılış mərasimi keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin açılış mərasimində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov, Aqrar İnkişaf Könüllülərinin rəhbəri Sarvan Cəbrayılzadə çıxış edərək, iştirakçılara layihənin mahiyyəti, görüləcək işlər barədə məlumat veriblər.
Qeyd edək ki, layihə çərçivəsində namizədlər arasından seçilmiş gənclər 10 gün ərzində Kənd Təsərrüfatı Nazirliyinin Bakı, Gəncə, Samux və Şəmkirdə yerləşən ixtisaslaşmış müəssisələrində olacaq, nazirliyin mütəxəssislərinin rəhbərliyi ilə praktiki araşdırma və təlimlərdə iştirak edəcəklər. Layihənin həyata keçirilməsində məqsəd gənclərin rəqəmsal mediaya marağının artırılması, aqrar sahədə olan ehtiyacların müəyyən edilməsi, gələcəyin media nümayəndələri arasında aqrar sahə üzrə ixtisaslaşmaya dəstək olmaqdır. Layihəyə Aqrar İnkişaf Könüllüləri Hərəkatında təmsil olunan gənclər, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələr və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri cəlb olunublar. Təlimlərdə aqrar siyasət, torpaqdan səmərəli istifadə, aqrar məşğulluq və kənd təsərrüfatı layihələrinin kreditləşdirilməsi, kənd təsərrüfatına dövlət dəstəyi, heyvandarlıq və bitkiçilikdə intensiv metodların tətbiqi mövzuları üzrə mühazirələr oxunacaq. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info