“Aksam.com.tr”: “Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir”
Tarix: 20.02.2019 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrimiz daha da möhkəmlənib və reallaşan bir çox yeni layihələr iqtisadi əlaqələrinin getdikcə güclənməsinə gətirib çıxarır. Bunun nəticəsidir ki, dünən ölkəmizdə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etmək üçün Türkiyənin energetika və təbii sərvətlər naziri ölkəmizə səfərə gəlib. Türkiyə mediasında ölkəmizdə təşkil olunan bu toplantı geniş işıqlandırılıb.

“1 milyard kubmetrdən çox təbii qaz Türkiyəyə nəql edilib”

“Haberler.com” saytında “Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı Bakıda başladı” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Türkiyəni enerji və təbii sərvətlər naziri Fatih Dönmezin təmsil etdiyi toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, AB təmsilçiləri, Gürcüstan, Bolqarıstan, İtaliya və digər ölkələrdən məsul şəxslər iştirak edib. Cənub Qaz Dəhlizində indiyədək görülən işlərlə bağlı hesabatların təqdim edildiyi toplantıda layihənin maliyyələşdirilməsi, dəhlizin daha da genişləndirilməsi ilə bağlı müzakirələr keçirilib”.
“Aksam.com.tr” saytında “1 milyard kubmetrdən çox təbii qaz Türkiyəyə nəql edilib” başlıqlı yazıda göstərilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda təşkil edilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci toplantısında çıxış edərək deyib: “Ötən ilin fevral ayındakı sonuncu görüşümüzdən sonra iki mühüm tədbir keçirildi - biri Azərbaycanda, digəri isə Türkiyədə. May ayında Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışları baş tutdu. Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1 milyard kubmetr qazın Türkiyə bazarına ixracı bizi məmnun edir. Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk. Yəni, bu, tam şaxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır. Əlbəttə ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir”.

"TAP-ın TANAP kimi sürətli başa çatacağına ümid edirik"

“Memurlar.net” saytında isə "TAP-ın TANAP kimi sürətli başa çatacağına ümid edirik" başlıqlı yazı dərc edilib. Burada göstərilir ki, enerji və təbii sərvətlər naziri Fatih Dönmez Bakıda təşkil olunan toplantıda çıxışında yüksək səviyyədə iştirakın təmin edilməsindən məmnun olduğunu, Cənub Qaz Dəhlizinin, bölgə ölkələrinin iş birliyi ilə bağlı dayanıqlılığını ortaya qoyan ən əhəmiyyətli layihələrdən biri olduğunu söyləyib. Cənub Qaz Dəhlizinin 45 milyard dollardan artıq investisiya ehtiyacı ilə istehsaldan son istehlakçıya qədər böyük bir dəyər zənciri meydana gətirdiyini deyən F.Dönmez, layihənin bölgə ölkələri arasındakı uyğunlaşma, həmrəylik və anlaşma sayəsində həyata keçdiyini, bölgədəki digər layihələrin də bu siyasi anlaşmanı nümunə götürməsinin lazım olduğunu vurğulayıb.
Cənub Qaz Dəhlizinin "bel sütunu" olan TANAP-ın ölkələr arasındakı iş birliyinin gözəl bir nümunəsi olduğunu vurğulayan F.Dönmez deyib: “Keçən il 12 iyunda, TANAP-ın vaxtında tamamlanmasına hamımız birlikdə şahid olduq. Türkiyəyə ilk qaz təslimatını 30 iyun 2018-ci ildə reallaşdırdıq. Qarşıdakı bir neçə ay içərisində Yunanıstan sərhədinə qədər olan hissəsinin infrastruktur işləri da bitmiş olacaq. Bu çərçivədə TAP layihəsinin də TANAP kimi ən sürətli şəkildə başa çatmasına ümid edirik”.
Nazir, Türkiyə-Azərbaycan qardaşlığının TANAP ilə bölgə coğrafiyasının sərhədlərini aşaraq, yeni qitələrə və yeni insanlara çatdığını söyləyib. F. Dönmez deyib: “TANAP Prezident Rəcəb Tayyib Ərdoğan və hörmətli Prezident İlham Əliyevin güclü iradələri və qonşu ölkələrin gələcəyi düşünən rəhbərləri. sayəsində reallaşdı. Azərbaycan və Türkiyənin güclü enerji siyasəti sayəsində neçə-neçə işləri birlikdə bacardıq, yenə bacaracağıq. Bu güclü bağlar, bu dərin qardaşlıq və məhəbbət bizim dünyaya ən böyük mirasdır. TANAP, itirəcəyi olmayan tarixi bir layihədir. TANAP ilə Türkiyənin enerjidə açar ölkə mövqeyi güclənəcək. Azərbaycan təchizatçı ölkə mövqeyi ilə yeni bazarlara daxil olacaq. Avropa isə qaynaq ölkə və marşrut müxtəlifliyini artıracaq. TANAP, Avropa enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Türkiyənin enerji siyasəti çərçivəsində də tamamlayıcı və dəstəkləyici bir ünsür olacaq. Ötən iki ildə, infrastruktur layihələrini inkişaf etdirərək təbii qazdan enerji təhlükəsizliyimizi inkişaf etdirməyə istiqamətli çox əhəmiyyətli addımlar atdıq. Bu çərçivədə 2023-cü ilə qədər 11 milyard kubmetrə çıxarılması planlaşdırılan təbii qaz saxlama tutumumuzu 3,5 milyard kubmetrə çatdırdıq".

“Sabah.com.tr”: “Türkiyə və Azərbaycan əlaqələri bütün sahələrdə olduğu kimi enerji sahəsində də böyük nəticələrə gətirib çıxarıb”

Enerji təhlükəsizliyinin möhkəmləndirilməsində ən mühüm addımlardan biri daxili resursların maksimum dərəcədə istifadə edilməsi olduğunu deyən nazir bildirib ki, Türkiyənin enerji sektorundakı regional problemlərin həllində, bölgədə sabitliyin təmin edilməsində müvafiq vəzifəni üzərinə götürdüyünü, regional ixtilafları artıracaq, gərginliyi artıracaq cəhdlərdən uzaqlaşmağın lazım olduğunu qeyd edib.
“Sabah.com.tr” saytında isə “Enerji və təbii sərvətlər naziri Fatih Dönmez İlham Əliyevlə görüşdü!” başlıqlı xəbər dərc edilib. Yazıda qeyd edilir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etmək üçün Azərbaycana gedən nazir Fatih Dönmez Prezident İlham Əliyev tərəfindən qəbul edilib. İlham Əliyev toplantıya qatıldığına görə nazirə təşəkkür edib. Cənub Qaz Dəhlizinin təməlinin Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə imzaladıqları TANAP layihəsi ilə atıldığının deyən Prezident İlham Əliyev TANAP-ın qısa müddətdə tamamlanmasının böyük uğur olduğunu vurğulayıb. Türkiyə və Azərbaycan əlaqələrinin bütün sahələrdə olduğu kimi enerji sahəsində də böyük nəticələrə gətirib çıxardığını deyən İlham Əliyev Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində işlərin uğurla davam etdiyini deyib və Türkiyə Prezident Ərdoğana salamlarını çatdırmasını xahiş edib. Nazir F.Dönmez Cənub Qaz Dəhlizinin önəmli bir layihə olduğunu və Türkiyənin bu layihənin ilk mərhələsindən etibarən Azərbaycanın yanında olduğunu bildirib.
Yazıda həmçinin qeyd edilir ki, başa çatan toplantıda iştirakçı ölkələrin nümayəndələrini imzaladığı bəyannaməni Türkiyə adından nazir Fatih Dönmez imzalayıb. Nazir səfər çərçivəsində Türkiyə Petrolları Azərbaycan ofisini də ziyarət edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info