“İnternet mediaya üz tutan oxucuların sayı artır”
Tarix: 20.02.2019 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Emin Rüstəmov:
“İtaliyada müxtəlif məzmunlu qəzetlər pulsuzdur”

Bu gün cəmiyyətin əsas informasiya tələbatını internet media ödəyir. Bu da bir daha sübut edir ki, artıq internet medianın fəaliyyəti sosial tələbatdan irəli gəlir. Azərbaycanda da bu baxımdan inkişaf özünü göstərir. İldən-ilə onlayn mediaya diqqət artır. Lakin internet media resurslarının ayaqda qalması və maliyyələşməsinin tam mexanizmi hələ həll olunmayıb. Hazırda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən onlayn qəzetlərin də maliyyələşməsi ilə bağlı müzakirələr aparılır.
Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) həmsədri Emin Rüstəmov “Palitra”ya bildirdi ki, bu gün artıq qloballaşan dünyada, sürətli texnoloji inkişaf cəmiyyətin bütün sahələrinə, o cümlədən də mediaya təsirsiz ötüşməyib: “Artıq internet, texnologiya əsrində yaşayırıq. Vaxtilə insanlar dövri mətbuatdan əldə etdikləri qəzet və ya jurnallarla maariflənirdisə, bunu radio və televiziya, daha sonra isə onlayn xəbər portalları, onlayn qəzet və jurnallar, eyni zamanda sosial şəbəkələr əvəz etməyə başladı. Bu tendensiya paralel olaraq bizim ölkəmizdə də eynilə bu formada inkişaf etmişdir. Hazırda Azərbaycanda aktiv internet istifadəçilərinin sayı 7 milyon nəfərə yaxındır. Bunların böyük əksəriyyəti mobil telefon vasitəsilə internetdən istifadə edənlərdir”.
Onun sözlərinə görə, bu gün Azərbaycanda internet media sürətlə inkişaf etməkdədir: “Bununla yanaşı olaraq internet media istifadəçilərinin də sayı artmaqdadır. Bazardakı tələb- təklif prinsipi internet mediada özünü göstərməkdədir. Belə ki, Azərbaycanda 300-ə yaxın internet media qurumu fəaliyyət göstərir. Bu qurumlar xəbər portalları, TV və radiolar, saytlar olaraq öz xəbərlərini internet üzərindən yayır, fəaliyyətlərini internet üzərindən qururlar. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən media qurumları özünə məxsus izləyicilər toplayır, və bu hədəf kütləni əsas götürərək o istiqamətdə inkişafını sürətləndirirlər. Müqayisəyə gəldikdə isə mən düşünmürəm ki, Azərbaycanda internet media Avropadakı internet mediadan geri qalır. Hətta mən hesab edirəm ki, Azərbaycanda internet media çoxşaxəli inkişaf edir və ümid edirəm ki, yaxın gələcəkdə daha mükəmməl, daha da təkmilləşmiş vəziyyətdə olacaqdır”.
Emin Rüstəmov qeyd etdi ki, bu gün bir çox media nümayəndələri sosial şəbəkələri mediaya böyük bir təhlükə hesab edirlər: “Heç təsadüfi deyil ki, bir müddət öncə Avropa Qəzetçilər Konqresi "Facebook" sosial şəbəkəsinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı tələblə çıxış etmişdilər. Konqresin prezidenti “Facebook”u artıq, media nümayəndəsi kimi çıxış etməkdə ittiham etmişdi. O, onlayn, çap mediası, həmçinin radio və televiziyanın gündəlik sosial şəbəkələrdə yayılan təhqirlərin işıq üzü görməsinə yol vermədiyini bəyan etmiş və bu şəbəkələrin sosial uçurumlar yaratdığını ifadə etmişdir. Maraqlı bir faktı qeyd etmək istərdim. Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr 2018-ci ilin statistikasına görə “Instagram” ( 2,4 mln nəfər) və “Facebook” (1,8 mln nəfər) dur. Bu da öz növbəsində insanların internet mediaya sosial şəbəkələr vasitəsilə keçid etdiyini deməyə əsas verir. Mən düşünmürəm ki, internet istifadəçiləri xəbər oxumaq üçün birbaşa xəbər saytına daxil olurlar. Onlar istifadəçisi olduğu sosial şəbəkələrdə, xəbər saytlarının mövcud hesablarını izləməklə xəbərə çatırlar”.
Emin Rüstəmov İtaliyada bir neçə dəfə çox maraqlı məqamla rastlaşdığını dedi: “Məsələn, müxtəlif tipli və ya məzmunlu qəzetlər köşklərdə pulsuzdur. Bununla insanları sanki oxumağa təşviq edirlər. Məsələn ev, iş, və s. elanları internetdən tapmaq daha rahat olduğu təqdirdə, insanlar yenə də, bu məzmunda olan qəzetlərə üstünlük verirlər. Mən çap və internet medianın paralel şəkildə inkişafının tərəfdarıyam. Amma həqiqət odur ki, zaman keçdikcə, çap medianın oxucu kütləsi azalacaq və hər kəs internet mediaya üz tutacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
05.08.2020
Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
04.08.2020
“Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib”
03.08.2020
“Made in Azerbaijan” brendinin təşviqində xanımların rolunun artırılmasını düşünürük
31.07.2020
“Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
3 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
4 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
5 Turizm Agentliyi sahibkarlara müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info