Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
Tarix: 21.02.2019 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Sabit Əliyev: “Nəhəng yazıçının Nobel mükafatına nə ehtiyacı olsun ki?!”

Bu gün xaricdəki azərbaycanlı yazarların da əsərlərinin beynəlxalq onlayn kitabxanlarda olması qürurvericidir. Azərbaycan oxucusuna az tanış olan bu cür soydaşlarımız artıq xaricdə məşhur yazıçı olaraq özlərini təsdiq ediblər. Belliklə, xaricdə yaşayan daha bir məşhurumuzu- Sabit Əliyevi oxuculara təqdim edirik. 2005-ci ildən Moskva şəhərində yaşayan soydaşmız üç kitab- “Özgə evi”, “Evə doğru uzun yol” və “Qismət deyilmiş” və doqquz hekayənin müəllifidir. 2016-cı ildən Rusiya Yazıçılar İttifaqının üzvüdür. Üç hekayə- “Sonuncu gün”, “Pionlar” və “Sözə doğru yol” Moskva hekayələr kitabında işıq üzü görüb. Bütün roman və hekayələri Azərbaycan dilinə tərcümə olunub və Dünyanın bütün elektron kitabxanalarında satılır.
Qeyd edək ki, Sabit Əliyev 1977-ci ildə Azərbaycan Respublikası Salyan rayonu Qarabağlı kəndində doğulub. Orta məktəbi 1993-cü ildə Şirvan şəhərində bitirib. Ali təhsilini Stomatologiya üzrə alıb. Moskvada fəaliyyət göstərən Centr-Estet şirkətinin banisidir. 2013-cü ildən Frankfurt və Vyana Universitetlərinin sertifikatlı həkim-implantoloqudur.

- Siz ixtisasca həkimsiniz. Amma bədii yaradıcılığınız da var. Yazıçılıq sizin üçün həvəskar işdir, yoxsa bu, mənəvi ehtiyacınızda irəli gəlib?

- Mən nə üçün yazıram? Bu sualı demək olar ki, öz əlyazmalarını önünə qoyan bütün yazarlar özlərinə verirlər. Və hər biri böyük həzz və həyəcanla düşünürlər: “Nə qədər xoşbəxtəm ki, mənə məhz bu işlə məşğul olmaq qismət oldu!”
Əsl eqoistlikdir. Əslində, hərislikdi, özündən sonra da adının anılmasının hərisliyi. Mən ikiüzlü olardım əgər bunu etiraf etməsəydim. Ancaq biz yazıçılar tək deyilik, bu hissləri biz həm də, siyasətçilər, rəssamlar, musiqiçilər və biznesmenlərlə də bölüşürük. Demək olar ki, hər insan otuz beşindən sonra həyatını özü üçün yox, başqalarının maraqları üçün qurmağa başlayır və gündəlik yeknəsəklikdən boğulur. Ancaq onların içində azlıq var ki, heç nəyə baxmadan öz qərarlarından dönmədən həyatlarını istəklərinə uyğun idarə edirlər- bunlar yazıçılardır. Axı həyat qısa zaman kəsiyidir və çalışmaq lazımdır ki, özündən sonra nəsə qalsın.
Bundan əlavə, yazıçılıq insanı dəyişir, insan ancaq masa arxasında oturanda deyil, daima və hər yerdə yazır. Sənin beynin daima nəsə axtarır, süjetlər, fiqurlar, xasiyyətlər, temperamentlər, digər insanlarda müxtəlif hərəkətlər. Danışandan çox qulaq asan olursan.

- Sizcə müasir oxucunu cəlb etmək üçün yazarlar hansı taktiki gedişlər etməlidirlər?

- Oxuyum, ya yox? Bu suala insan kitablara nəzər saldıqca ilk 5-7 saniyə ərzində cavab verir. Yazıçı onun diqqətini həmin zaman kəsiyində cəlb edə biləcəkmi?!
Düşünürəm ki, yazıçının cavab tapmadığı yeganə sual budur. İnsanlar sevgi hekayələrini oxumağı çox sevirlər. Birincisi, ona görə ki, bizim hamımız belə hekayələrlə böyümüşük. İkinci səbəb isə hər əhvalatdan biz müəyyən dərs və nəticə çıxarırıq. Buna görədir ki, çox insan hekayələri sevir və maraqla oxuyur.
Mən özüm rus klassikasının tərəfdarıyam, ətrafımda olanların çoxu isə demək olar ki, kitab üzü açmır. Rusiyada potensial oxucu kütləsi 100000 nəfərdir, amma bir vaxtlar biz dünyanın qiraətlə ən çox məşğul olan ölkələrindən biri idik. Oxucunun marağına necə nail olmaq olar?

- Ruslar əcnəbi yazarları oxumağa maraqlıdırlarmı?

- Bizim hər birimiz, rusiyalıları nəzərdə tuturam, öz yazıçılarımızı xaricilərdən daha çox sevirik. Ruslar üçün Tolstoy, Çexov, Bulqakov və Dostoyevski milli fəxrlərdir. Niyə də, yox?! Lev Tolstoy hələ də Dünyada ən çox oxunan yazıçıdır, əminəm ki, hələ 500 ildən sonra da belə olacaq. O, hətta Nobel mükafatını da rədd etmişdi. Düz də etmişdi. Nəhəng yazıçının Nobel mükafatına nə ehtiyacı olsun ki?!

- Sosial şəbəkələr "Sözə doğru gedən yol"un sürətini nə dərəcədə artırıblar?

-«Sözə doğru yol» bir ay öncə işıq üzü görüb və onu artıq Moskva hekayələr kitabında nəşr ediblər. Sosial şəbəkələr də əsərləri oxucularla tanış etməyə böyük köməkdir. Mənim “Tövbə” adlı hekayəm internetdə ən çox oxunan hekayədir. Çünki, ən yumşaq və üzüyola insanı belə necə hövsələdən çıxararaq cinayətkara çevirməyin mümkünlüyünü ətraflı çatdırmağa çalışmışam. Hər hansı hadisənin insanın səbir kasasını doldurub onu cinayətkara çevirəcəyi hər insan üçün individualdır.

- Bəs sosial şəbəkələr ədəbiyyatın bədii yükünü nə dərəcədə azaldıb?

- Bilirsiniz, sosial şəbəkələr sözün əsl mənasında çox güclü təsirə malikdirlər. Şəxsən mən artıq üç ilə yaxındır ki, televizora baxmıram. Dünyada baş verənlərdən “Facebook”a girməklə xəbər tuturam. Ən azından ən vacib xəbərlər haqqında elektron saytlardan xəbər tuturam. Mənfi cəhəti isə çox vaxt aparmasıdır. Buna görədir ki, insanlar kitab oxumamağa başlayıblar. Onlar saatlarla “Instagram”da vaxt keçirərlər, nəinki bir səhifə kitab oxuyarlar. Ümumiyyətlə, öz üzərində iş ən çətin işdir. Ona görə də insanlar sosial şəbəkələrə üstünlük verirlər

- Növbəti yaradıcılıq planlarınızı da bilmək istərdik.

- Altı aydır ki, hadisələri Azərbaycanda cərəyan edən roman yazıram. Romanda baş qəhrəmanım atası ilə münaqişə yaşayır və sonda nələr olacağını oxucular özləri görəcəklər... Ümidvaram ki, 2021-ci ildə yekunlaşdıracam.

- Bildiyimiz kimi, sizin kitabların onlayn satışı da var. Oxucular hansı saytlardan sizin kitabları oxuya bilər?

-Mənim bütün kitablarım ilə dünyanın bütün elektron kitabxanalarında, məsələn, Litres, Bookmate və Mybook kitab saytlarında tanış olmaq olar. Üç hekayəm “Tövbə”, “Pionlar” və “Mart etirafı” ingilis dilinə tərcümə edilib və yaxın zamanlarda Amazon saytında da satışa çıxacaq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
Musa Qasımlı: Biz yaşadığımız Qafqaz regionunda baş verən prosesləri dərindən öyrənməliyik
16.05.2019
General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
16.05.2019
“İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
16.05.2019
Gömrük Akademiyasının tələbəsi: “Əgər bu sistemdə işləmək istəyirsənsə, aşağı pillədən işləməyə başlamalısan”
15.05.2019
“Böyük təhlükə yaradan mikroorqanizmlərlə 10-20 ildən sonra heç antibiotiklər də bacarmayacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info