Üçüncü regional dövlət proqramı hazırlanır
Tarix: 23.07.2013 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən nazir Şahin Mustafayev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, sənayeləşmə siyasətinin davam etdirilməsindən danışıb. Nazir, həmçinin Dövlət İnvestisiya Proqramının tam icra olunması, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi və xarici ölkələrə investisiya qoyuluşu, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, infrastruktur layihələrinin, kənd, qəsəbədaxili və qəsəbələrarası yolların, su və kanalizasiya layihələrinin tikintisinin davam etdirilməsi, müasir texnologiyaların tətbiqinin daha da genişləndirilməsi və digər sahələrdə konkret tapşırıqlar verildiyini vurğulayıb. Şahin Mustafayev dövlət başçısı tərəfindən meliorasiya tədbirlərinin, iri fermer təsərrüfatlarının və sənaye parklarının yaradılması istiqamətində işlərin davam etdirilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, bu ilin sonunadək “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə işlərin tam başa çatdırılması və üçüncü regional dövlət proqramının hazırlanması və s. barədə müvafiq tapşırıqların verildiyini də diqqətə çatdırıb.
Nazir Şahin Mustafayev dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədi ilə nazirliyin müvafiq strukturlarına tapşırıqlar verib.
Geniş kollegiya iclasında konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanması, növbəti iclasda müvafiq sahələrdə işlərin gedişi barədə hesabatların dinlənilməsi qərara alınıb.
İclasda həmçinin, İqtisadi İnkişaf Nazirliyinin əlaqədar qurumları rəhbərlərinin Azərbaycan Respublikasının 2014-cü il və sonrakı 3 il üçün sosial-iqtisadi inkişaf konsepsiyasının və əsas makroiqtisadi proqnoz göstəricilərinin hazırlanmasına, Açıq Hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyə əməl edilməsi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair hesabatları dinlənilib. Kollegiya iclasında cari məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Azərbaycan və Fransa şirkətləri 4 sektorda əməkdaşlıq imkanlarına malikdir
05.06.2020
Prezident İlham Əliyev hər zaman Ermənistanın faşist, terrorçu mahiyyətni ifşa edib
05.06.2020
Azərbaycanda pambıq istehsalının artımı planlaşdırılır
04.06.2020
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxılıb
04.06.2020
Avtomobil bazarında son durum - Pandemiyanın qiymətlərə təsiri

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info