“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
Tarix: 22.02.2019 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Prezidentin “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 21 fevral 2019-cu il tarixli Fərmanı qeyd olunan ailələrin də yüksək qayğı ilə əhatə olunduğunu təsdiq edir. Fərmana əsasən həmin ailələr üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib. Qeyd olunan ailələr üçün Prezidentin aylıq təqaüdünün təyin olunmasına Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli Fərmanına əsasən başlanılıb. Ölkəmizdə aparılan və ildən-ilə güclənən sosial siyasətin əsas istiqamətlərindən biri kimi, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır. Bundan bir qədər əvvəl, dövlət başçısının 30 yanvar 2019-cu il tarixli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği də 58 manat artırılaraq 300 manata çatdırılıb. Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov AZƏRTAC-a açıqlamasında deyib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman Əfqanıstan müharibəsi iştirakçılarına diqqət və qayğı göstərirdi. Ümummilli lider Heydər Əliyev biz veteranları həmişə yüksək qiymətləndirib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Əfqanıstan müharibəsi veteranları Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunub. Dövlətimizin başçısının müharibə iştirakçılarının sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı bu günlərdə imzaladığı Fərman və Sərəncam biz veteranlara ali diqqət və qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı bir daha təsdiq etdi ki, o veteranların, şəhid ailələrinin daim yanındadır. “Prezidentimizin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır” deyən Ə.Təhməzov qeyd edib ki, Əfqanıstan müharibəsi veteranları və əlilləri də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə iştirakçıları üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Bu da ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə iştirakçılarına daim yüksək səviyyədə diqqət və qayğı göstərir, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. Prezident İlham Əliyevin apardığı məqsədyönlü, mütərəqqi və uğurlara əsaslanan siyasət bütün sahələri, o cümlədən biz Əfqanıstan müharibəsi veteranlarını da diqqətdən kənarda qoymur. Biz veteranlar daim Prezidentimizin yanındayıq, onun apardığı daxili və xarici siyasəti dəstəkləyirik. “Əfqanıstan müharibəsi veteranları adından bizə göstərilən bu ali diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm” - deyə o əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info