Sahil Babayev Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüşüb
Tarix: 25.02.2019 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüş keçirilib. Görüşdə soyqırım zamanı həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 27 il əvvəl ermənilərin öz havadarları ilə birgə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımın bəşər tarixinə böyük qanlı faciə, insanlığa qarşı tarixi cinayət kimi daxil olduğunu bildirib. Nazir qeyd edib ki, Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri dinc şəhər sakinlərindən ibarət 613 azərbaycanlını (o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı) xüsusi qəddarlıqla qətlə yetirib. 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirib. 1275 nəfər girov götürülüb, yüzlərlə dinc sakin ağır xəsarətlər alıb. Çoxsaylı şəxs əsir və girov götürülərək amansız işgəncələrə məruz qalıb. Xocalı şəhərinin infrastrukturu tamamilə dağıdılıb və yandırılıb.
S.Babayev ümummilli liderimiz Heydər Əliyevin xüsusi müraciəti əsasında 1994-cü ilin fevral ayında Milli Məclisin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini deyib. O, bildirib ki, Azərbaycan bu gün güclü bir orduya malik olsa da, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev münaqişənin beynəlxalq hüquq müstəvisində sülh yolu ilə nizamlanması üçün məqsədyönlü siyasət aparır, ardıcıl səylər göstərir.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlanmışdır. “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasından bəhs edən nazir bu kampaniyanın əhəmiyyətini vurğulayıb. O diqqətə çatdırıb ki, bu kampaniyanın əhatə etdiyi ölkələrin sayı daim artır. Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi beynəlxalq aləmdə tanınmasında bu təbliğat kampaniyası çox mühüm rola malikdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar kimi tanımaqla bərabər, Xocalı faciəsini də soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.
S.Babayev ötən dövrdə artıq bir çox ölkələrin (Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay) parlamentlərinin Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanıdıqlarını deyib. Nazir qeyd edib ki, həmçinin ABŞ-ın 22 ştatının qanunverici orqanları Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edib.
Görüş zamanı “Erməni təcavüzünün tanıdılması” İB-nin sədri Səriyyə Cəfərova, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli, “Dünyada Xocalı soyqırımının tanıdılması” İB-nin sədr müavini, canlı şahid Mürvət Məmmədov, Xocalı şəhəri 2 saylı tam orta məktəbin direktoru, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Xocalı sakinləri Murad Hüseynov və Həmayıl Xəlilova 27 il əvvəl şahidi olduqları Xocalı soyqırımından, erməni qəsbkarlarının Xocalı sakinlərinə, ümumən insanlığa qarşı törətdikləri vəhşikliklərdən bəhs ediblər. Onlar xocalılara, xüsusilə Xocalı soyqırımı zamanı yaxınlarını, o cümlədən hər iki valideynini itirmiş şəxslərə ötən dövrdə göstərilən dövlət qayğısından razılıqlarını bildiriblər.
Görüşdə xocalıların sosial müdafiəsi sahəsində görülən tədbirlər qeyd edilib, bu sahədə, həmçinin onların səmərəli məşğulluğunun təminatı istiqamətində aparılan işlər müzakirə edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info