Akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr edilən elmi sessiya
Tarix: 25.02.2019 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi sessiyanın Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il 11 fevral tarixli Sərəncamının icrasından irəli gələn tədbirlər çərçivəsində təşkil olunduğunu bildirib. Qeyd edib ki, bu Sərəncam dövlətimiz tərəfindən ədəbiyyatşünaslığımızın inkişafına göstərilən böyük diqqət və qayğıya bariz nümunədir. Akademik İsa Həbibbəyli görkəmli alim Həmid Araslının dilimizin, ədəbiyyat tariximizin, folklorşünaslığımızın inkişafında mühüm rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, akademik Həmid Araslı 1939-cu ildə “Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə böyük xidmət göstərib. Tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Böyük folklorşünas alim”, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “Görkəmli ədəbiyyat tarixçisi”, filologiya elmləri doktoru Fəridə Əzizova “Həmid Araslı və klassik ədəbiyyat problemləri” və filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Həmid Araslı və türk-müsəlman dünyası ədəbiyyatı” mövzularında məruzələr dinlənilib.
Tədbir çıxışlarla davam etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!
20.07.2019
Kolleclərə qəbul olunmaq üçün ərizə verənlərin sayı 23 mini keçib
20.07.2019
Rezidenturaya qəbul olmaq üçün 180-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19.07.2019
ADU media nümayəndələrini mükafatlandırıb
19.07.2019
Qulu Novruzov: “Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info