“Haberturk.com”: ”Bu il Azərbaycan Türkiyədə yeni neft-kimya müəssisəsinin təməlini qoyacaq”
Tarix: 26.02.2019 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Zaur Qəhrəmanov: “Türkiyənin iqtisadi gücünə və siyasi sabitliyinə etibarımız tamdır”

Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan ölkəmizin çoxşaxəli xarici siyasəti mövcuddur. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycanın xarici ölkələrlə əlaqələri getdikcə möhkəmlənir və qonşu ölkələrlə münasibətlərimiz daha da inkişaf edir. Əldə edilmiş razılaşmalar, həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir.

Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi dövlətin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son dövrlər ölkədəki siyasi sabitlik və iqtisadi inkişaf xarici dövlətlərin Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq marağını daha da artırıb. Bunun üçün qəbul edilən qanunlar və hüquqi normativ sənədlər xarici investorların etimadının artırılmasına xidmət edir. Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb. Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxarıb. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir. Ölkəmizdə müxtəlif sahələrə yatırılan xarici investisiyaya gəldikdə isə təkcə ötən ilin 9 ayında bu cür sərmayələrin məbləği 3 milyard 217 milyon manat olub. Həmin investisiyanın 80,6 faizi İngiltərə, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsusdur.
Eyni zamanda Azərbaycan başqa ölkələrin müxtəlif sahələrinə investisiya yatırmaqda davam edir. Bugünlərdə Türkiyənin Prezident Administrasiyasının İnvestisiya məsələləri üzrə departamentinin rəhbəri Arda Ermut bildirib ki, Türkiyəyə ən çox investisiya qoyan ölkələrdən biri məhz Azərbaycandır. Qeyd edək ki, qonşu Türkiyə ilə birlikdə bir sıra nəhəng layihələr reallaşıb.
“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov SOCAR-ın Türkiyədəki investisiyalarına davam etdiklərini bildirib. Ötən il Türkiyədə “Star” Neft Emalı Zavodunun açılışı kimi əhəmiyyətli layihələri reallaşdırdıqlarını xatırladan Z.Qəhrəmanov, SOCAR-ın Türkiyə iqtisadiyyatının inkişafına dəstək olduğunu qeyd edib.
Z.Qəhrəmanov Türkiyənin qapılarını investisiya üçün açdığını deyib: “SOCAR olaraq, 15-16 ölkədə iş icra edirik. Ancaq Türkiyədəki qanunlar və subsidiyalar heç bir ölkədə yoxdur”. “Petkim”i 2008-ci ildə Özəlləşdirmə İdarəsindən alaraq, Türkiyə bazarına daxil olduqlarını xatırladan direktor 11 ildə 15 milyard dollarlıq investisiya reallaşdırdıqlarını bildirib.
Türkiyənin bölgədə potensialı ən yüksək ölkə olduğunu vurğulayan Z.Qəhrəmanov deyib: "Türkiyədə fəaliyyətimiz neft-kimya mərkəzli olaraq davam edir. 2018-ci ildə həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatları üçün çox əhəmiyyətli olan “Star” NEZ və TANAP layihələrinin açılışını etdik. 6,3 milyard dollarlıq sərmayə ilə qurulan “Star” NEZ ildə 10 milyon ton xam neft emal edəcək, həmçinin ildə büdcə kəsrinin 1,5 milyard dollarlıq hissəsinin bağlanılmasını təmin edəcək. Türkiyə və Azərbaycan dövlətlərinin strateji investisiyası olan 8 milyard dollarlıq investisiya dəyərinə sahib TANAP-a isə ötən ilin iyun ayından kommersiya qaz axını təmin edildi. Bu iki nəhəng layihə xaricində konteyner terminalı, külək enerji stansiyası kimi yatırımlarımız var. Biz bu il təməlini atmağı planladığımız yeni neft-kimya təsisimizlə yatırımlarımıza davam edəcəyik. Türkiyənin iqtisadi gücünə və siyasi sabitliyinə etibarımız tamdır. Türkiyə və Azərbaycanın əbədi dostluğuna iqtisadi əməkdaşlıq əlavə edərək, əlaqələrimizi gücləndirmək istəyirik”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır
07.05.2019
Dava qrant davasıdır...
02.05.2019
İnkişaf müxalifətə sərf etmir...
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
15.04.2019
Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info